Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verilib - FOTO Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Müftilər Şurası tərəfindən Moskvadakı "Poklonnaya qora"da qurulmuş "Ramazan çadırı"nda "Azərbaycan Günü" təşkil edilib və iftar süfrəsi açılıb.

Turaztv.az Milli.Az-a istinadən bildirir ki, iftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi Müqəddəs Qurani-Kərimdən ayələr oxuyub, axşam duası verib.

Tədbirdə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000-ə yaxln müsəlman iştirak edib. Gecədə "İxlas" Fondunun nümayəndəsi Anas Məmmədov, "Əhli-beyt" dini təşkilatının sədri Nizami Baloğlanov çıxış edərək iftar süfrəsinin təşkilinə görə tədbir iştirakçıları adından Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür ediblər. Onlar qeyd ediblər ki, "Poklonnaya qora"da "Ramazan çadırı" təşkil edilməsi artıq ənənəyə çevrilib və müsəlmanlar üçün bu mühüm tədbirdə Azərbaycan, Heydər Əliyev Fondu hər il iştirak edir.

Tədbirin aparıcısı Rusiya Müftilər Şurası adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, habelə "Ramazan çadırı-2019" tədbirinə təşkilati, yaradıcı və mənəvi töhfəyə görə Fondun nümayəndəsi Ayan Həsənovaya təşəkkürnamə təqdim edib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev bütün müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib, "Ramazan çadırı"nın təşkilinə görə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və Moskva Müsəlmanları Ruhani İdarəsinə təşəkkürünü bildirib.

"Zəkat" Fondunun rəhbəri Rifat İzmayılov xeyriyyəçiliyin vacibliyi barədə çıxış edərək deyib: "Biz, dindarlar xeyriyyəçilik trendi yaratmalıyıq. Ona görə ki, "xeyriyyəçilik" anlayışını başqalarına sirayət etməklə biz dünyanı daha da yaxşılaşdırır, onu daha xeyirxah edirik. Heydər Əliyev Fondu da, digər xeyriyyə fondları da buna çalışır, yaxşılıq etməyin asan olmasını şəxsi nümunələrində göstərirlər".

Sonra müsəlmanlar iftarlarını açıb, Azərbaycan milli mətbəxinin yeməklərini və şirniyyatını dadıblar.

İftarda Heydər Əliyev Fondunun 15 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə "Bakı" ansamblının və müğənni Samir Salamın ifasında Azərbaycan milli musiqisi səslənib. "İman" müsəlman məktəbinin şagirdləri Ramazan ayına həsr edilmiş səhnələşdirilmiş proqram təqdim ediblər.

Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan "Ramazan çadırı" xalqlar arasında dostluğu möhkəmlətmək, Moskvada yaşayan və islam dininə etiqad bəsləyən çoxsaylı xalqların nümayəndələrini birləşdirmək naminə həyata keçirilir.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar təşkil edir.

Son xəbərlər

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

ŞUŞAM... "Zərif kölgələr"ədəbi klubu ilə Şuşanı ziyarət etdik...

Azərbaycanda polkovnik qəfil vəfat etdi

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31