SON DƏQİQƏ! DİN əhaliyə müraciət etdiMüvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları hallarına rast gəlinir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Bu gün – martın 16-da saat 17 radələrində Ağdam rayonunun Əfətli kəndində yaşayan Hüseynov Akif, oğlanları Razi, Bayram, Anar və qonşuları Bəhruz Abdulov Yusifcanlı kəndi ərazisindəki qəbiristanlıqda dəfn edilmiş yaxınlarının məzarını ziyarət etmək məqsədi ilə kənar şəxslərin girişinə məhdudiyyət qoyulmuş və minalardan təmizlənməmiş əraziyə daxil olarkən minaya düşüblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bir daha vətəndaşlarımızı ərazilərin minalardan tam təmizlənməsi işi başa çatanadək belə səfərlərdən çəkinməyə çağırırıq.

Əks təqdirdə belə səfərlər onların həyat və sağlamlıqlarını itirmələri ilə yekunlaşa bilər", - deyə DİN-in məlumatında qeyd olunub

Loading...

Son xəbərlər

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31