Pensiyalarla bağlı hər kəsi düşündürən suala cavab: Artım belə hesablanacaqİndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır.

Bu sözləri Axar.az-a iqtisadçı-alim Vüqar Bayramov Prezident İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilməsi haqqında imzaladığı sərəncamı şərh edərkən deyib.


O bildirib ki, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq:

"Ancaq indeksləşdirmə əmək pensiyalarına edilən əlavələrə şamil edilmir. Artım məbləğinə gəldikdə isə əmək pensiyaları əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə indeksləşdirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə nominal orta aylıq əmək haqqında artım 11,4% olub. Buna görə də əmək pensiyalarının məbləği həmin faizə indeksləşdirilir.

Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya islahatları nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləğv olundu. Buna görə də pensiya məbləği tam olaraq indeksləşdirilir.

Bu baxımdan əmək pensiyası alan vətəndaşlarımızın pensiyası tam məbləğ olaraq indeksasiya faizinə uyğun olaraq artırılır. Məsələn, vətəndaşımızın pensiyası 300 manatdırsa, o zaman həmin pensiyaçının pensiya məbləğinin üzərinə 34 manat 20 qəpik əlavə olunacaq. 400 manat pensiya məbləğində isə 45 manat 60 qəpik artım olacaq. Pensiya məbləği yüksəldikcə artan məbləğ də çoxalır. Hər bir pensiyaçı aldığı pensiya məbləğinin üzərinə 11.4 faiz artım gəlməklə pensiyasının nə qədər artdığını özü də hesablaya bilər”.

Son xəbərlər

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Beyləqanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

“Friends”in Fibisi 63 yaşında... - Fotolar

“Oskar” laureatına qarşı şok ittihamlar - Dörd qadın danışdı

VAHİD ÇƏMƏNLİ : Xətt çəkə bildim - FOTO

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA SÖZƏ SƏDAQƏT - FOTOLAR

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Prezident Mərakeş Kralını təbrik etdi

Əhməd Davudoğlu siyasətdən getdi

Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bir sıra yollarında tıxac yaranıb

Finlandiya Rusiyanın internetini kəsir - Proses bu tarixdə baş tutacaq

Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü

Beyin sürətində işləyən çip hazırlandı

İlhamə QARAYEVA – bir ömrün sözlə yazılan salnaməsi - FOTOLAR

VƏTƏN GÖYLƏRİNDƏ YAŞAYAN AD - FOTOLAR

"Fənərbağça" növbəti mərhələdə

100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Azərbaycan millisi dünya ikincisi oldu

Məşhur musiqiçi yol qəzasında öldü

PÜSTƏ RƏVAN : NƏSİHƏT - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031