“Qarabağ”dan rəsmi açıqlama: “Gündüz Abbaszadə bizim mətbuat katibi ola bilər”

“Gündüz Abbaszadənin “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri olması xəbəri doğru deyil. O, bu posta namizədlərdən biridir. Öz namizədlərimizi klub rəhbərliyi ilə müzakirə etdikdən sonra qərar qəbul edəcəyik”.

Bu sözləri “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov altı gün əvvəl açıqlama yayaraq “Qarabağ”dan ayrıldığını bildirib. Bundan sonra klub həmin posta namizəd axtarışına start verib.

Klubun namizədlərindən biri isə vaxtı ilə ANS televiziyasında, “Neftçi” və “Xəzər” (Bakı) klublarında çalışmış, hazırda “CBC Sport” telekanalının əməkdaşı olan Gündüz Abbaszadədir. Çəlikəl onun namizədliyi haqda bunları deyib:

“Bir neçə namizədimiz var. Gündüz də onlardan biridir. O, mətbuat katibi ola da bilər, çünki real namizədlərdəndir. Ancaq hələ ki təyinatı reallaşmayıb.

İnşallah, bu həftə ərzində təyinatı açıqlayacağıq. Çünki bu post boş qala bilməz. Təyinat olmalıdır”.

“Xəzər” TV-nin sabiq əməkdaşı, hazırda “CBC Sport”da çalışan Emin Abbasovun da bu klubda çalışacağı gözlənilən idi. Çünki Emin Abbasov vaxtı ilə “Qarabağ”da çalışıb. Bununla belə, onun təklifdən imtina etdiyi bildirilir. Sualımıza Əmrah Çəlikəl sadəcə belə cavab verib:

“Bəli, Emin Abbasovla da görüşmüşük”.

Qeyd edək ki, Nurlan İbrahimovun klubdan ayrılmasından dörd gün sonra klubun mətbuat xidmətində çalışan Yusif Hüseynov da işindən ayrıldığını açıqlayıb.

Son xəbərlər

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

QƏLƏMİN HİKMƏTİ – SÖZÜN QÜDRƏTİ (NİCAT ƏRTÜRK YARADICILIĞINA ELMİ-ƏDƏBİ BAXIŞ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31