
Xəbərlər
19.12.2020, 21:33
Düşmən vahimədə: Azərbaycan yeni bir silahı da alıbmış - FOTO
Azərbaycan İsrailin “Elbit Systems” şirkətindən “SkyStriker” kamikadze pilotsuz uçuş aparatının (PUA) yeni versiyasını alıb.
"Turaztv.az" Oxu24.com-a istinadən Oxu24.com -un məlumatına görə, Vətən müharibəsində geniş istifadə olunmuş yeni “SkyStriker”lər dekabrın 10-da Bakı şəhərində keçirilmiş hərbi paradda “Cobra” zirehli transportyorunun üzərində nümayiş etdirilib.
Adıçəkilən kamikadze PUA-nın ilk istifadəçisi 2018-ci ildə Azərbaycanın Dövlət Sərhəd Xidməti olub. “SkyStiriker”in təkmilləşdirilməsi də məhz DSX-nin təşəbbüsü ilə həyata keçirilib.
Yeni variantın quyruq hissəsində uçuş zamanı stabilləşməyə imkan verən X formalı quyruq sükan tətbiq olunub.
PUA-nın qanad və füzelyajının dizaynında da müəyyən dəyişikliklər edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













