Azərbaycan üçün təhlükəli vəziyyət yarana bilər (ŞƏRH)

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq davam edir. Müxalifətin milliyyətçi kəsimindən sonra Ermənistanın nüfuzlu ictimai xadimləri, vəzifədən uzaqlaşdırılan məmurlar Paşinyana qarşı biləşərək onu istefa verməyə məcbur etmək istəyirlər.

Paşinyan isə təslim olmaq niyyətində deyil. Belə ki, ölkəsinin Azərbaycana məğlub olmasının səbəbləri, habelə aparılan danışıqların detalları ilə bağlı bir-birinin ardınca məlumatlar yayan Paşinyan əsas rəqibləri olan Sarkisyan və Köçəryan cütlüyünü neytrallaşdırmaqdadır. Həmçinin, Ermənistanı siyasi və iqtisadi böhrandan çıxarmaq üçün yol xəritəsini elan edən baş nazir əhalidən 6 ay vaxt istəyib.

Bununla, belə Paşinyan hakimiyyətinə əsas real təhlükə "Qarabağ klanı” sayılmır. Müşahidəçilərin fikrincə, Ermənistanda Sarkisyan və Köçəryana qarşı münasibət çox pis olduğu üçün, nəinki özlərinin, hətta dəstəklədikləri şəxsin də hakimiyyətə gəlməsi çox çətindir. Bu səbəbdən də indi əsas diqqət keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyana yönəlib. Vanetsyan da "Qarabağ klanı” kimi hakimiyyətə gəlmək üçün Rusiyadan dəstək almaq niyyətindədir.

Qaynarinfo xəbər verir ki, Ermənistanda gözlənilən hakimiyyət dəyişikliyinin Qarabağ münaqişəsinin yekun həllinə necə təsir edəcəyini şərh edən politoloq Nəzakət Məmmədova Paşinyanın hakimiyyətdən getməsini indiki məqamda Azərbaycan üçün təhlükəli sayır:

"Bizim üçün son dərəcə təhlükəli vəziyyət yarana bilər. Ermənistanda Qarabağ klanı və ya fərqi yoxdur, lap Rusiyapərəst Yerevan klanı olsun, Paşinyanı devirib, sonra isə özləri prosesi nəzarətə götürməyi planlaşdırırlar.

Ermənistan prezidenti Armen Sarkisyan, nüfuzlu ictimai xadimlər, vəzifədən uzaqlaşdırılmış keçmiş nazirlər Paşinyana qarşı birləşib onu istefaya getməyə məcbur etmək istəyirlər. Artıq parlamentdəki fraksiyalarla bu barədə danışıqlar aparılır. Ermənistan prezidenti A. Sarkisyan növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir. Belə olan halda Paşinyan öz postunu itirərək, seçilmək şansından məhrum olacaq.

Məsələnin təhlükəli tərəfi isə odur ki, Rusiya-Azərbaycan-Ermənistan dövlət başçıları arasında üçtərəfli razılaşmanın əsasında hələ yekun müqavilə imzalanmayıb. Orada statusun olacağı haqda nəsə deyilmir, lakin statusun olmayacağı haqda da nəsə deyilmir. Bu isə yekun müqavilədə status məsələsinin müzakirəsi təhlükəsini yaradır. Ermənistanda Paşinyana müxalifətdə olan hakimiyyətə iddialı Rusiyayönümlü qüvvələr dövlət başçılarının üçtərəfli razılaşmasını reallıq kimi qəbul etdiklərini, ona qarşı çıxmayacaqlarını bildirirlər, çünki əks halda bu, Putinin iradəsinə qarşı çıxmaq olardı, onların isə məqsədi Paşinyanı devirib Rusiyanın köməyilə hakimiyyətə gəlməkdir. Lakin həmin qüvvələrin hakimiyyətə gəlməsi bizim üçün problemi ikiqat ağırlaşdıracaq. İndiyə qədər Paşinyanla Putin arasında ziddiyyətlər bizə bu vəziyyətdən istifadə edib üstünlük qazanmağa imkan verirdisə, artıq bu olmayacaq.

Rusiya və Ermənistanda hakimiyyətə gələn Rusiyapərəst qüvvələr birləşib ümumi mənafedən çıxış edəcəklər. Rusiya Paşinyanın əvəzində hakimiyyətə gətirdiyi qüvvələrin yerini möhkəmlətmək üçün Azərbaycanın maraqlarının tapdanması hesabına onlara hər cür yardım və dəstək göstərəcək. Bu qüvvələr həm də ona görə hakimiyyətə gətirilir ki, 5 il sonra Rusiya qoşunlarının regiondan çıxarılmasına mane olsunlar. Nəzərə almaq lazımdır ki, rus sülhməramlılarının çıxarılmasını həm Azərbaycan, həm Ermənistan tələb etməlidir. Vəziyyət belə gedərsə, Rusiya və Ermənistan birləşərək, Azərbaycanı təkləyəcəklər. Hər halda, hesab 2:1 onların xeyrinə ola bilər”.

Son xəbərlər

Bela Zəngibasarlının şeirlər xəzinəsindən - FOTO

Vahid Çəmənli : Boylanır - FOTO

GÖZƏLLİK CƏM OLUB ÖZÜNDƏ SƏNİN - FOTO

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

SEVİNC YUNUSLU : Bu dünyada nədir ki, bizi bizdə tutası.. - FOTO

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930