Qalmaqallı "plyonka" açıqlaması - Birinci "olar", səhəri "olmaz" dedi Son günlər şəhərdə avtomobilin ön və arxa yan şüşələrinə 100 faizlik "plyonka" vuran sürücülərin sayı sürətlə artır. Artıq bir neçə belə maşının fotoları da yayımlanıb.

Turaztv.az Sonxeber.az-a istinadən xəbər verir ki, bu məsələni ictimailəşdirən radio aparıcısı Tural Yusifov "qaraya bürünən" avtomobillərin şəklini paylaşıb.

Daha sonra isə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polkovnik Vaqif Əsədovun oxu.az saytında bu barədə müəmmalı açıqlaması yayılıb. V.Əsədov bildirib ki, bundan sonra avtomobillərin arxa şüşələrinə pərdə və plyonka çəkilməsinə görə sürücülər cərimələnməyəcək.

Qeyd edək ki, polkovnikin bu açıqlaması qanuna ziddir, çünki "plyonka"ların vurulması qadağandır, jalüzlərə isə küləyə qarşı olan şüşələrdə 75 faiz, küləyə qarşı olmayanlarda isə 70 faiz tündlüyə icazə verilir.

V.Əsədovun sözügedən fikirləri geniş müzakirələrə səbəb olub.

Daha sonra polkovnik onun adından yayılan bu ifadələri təkzib edib: "Avtomobillərə pərdə və plyonka vurulması ilə bağlı qanunda heç bir dəyişiklik edilməyib. Qanun "yox" deyirsə, mən necə "hə" deyə bilərəm? Bu yazılanlar hamısı şayiədir".

Aparıcı T.Yusifov bildirib ki, son bir neçə gün ərzində təxminən 300 avtomobil ön və arxa şüşələrə, ümumiyyətlə, maşının bütün şüşələrinə 100 faiz tündlüyə malik "plyonka" vurulub. O əlavə edib ki, yol polislərinin Avroliqanın final oyununda təhlükəsizlik tədbirlərinə cəlb olunduğu üçün dünən başqa işlərə çox da vaxt ayıra bilməyiblər. Sabah yaxud iyunun 1-dən bu cür "plyonka"ların sökülməsinə başlanılacaq.

Bu cür "plyonka"dan istifadə edən sürücüləri 150 manat cərimə gözləyir.

Son xəbərlər

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

ŞUŞAM... "Zərif kölgələr"ədəbi klubu ilə Şuşanı ziyarət etdik...

Azərbaycanda polkovnik qəfil vəfat etdi

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

İdmanın faydaları

NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində rekord müddət uçuş həyata keçirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31