Ərdoğan Prezident İlham Əliyevə yunan səfirinə dediyi sözlərə görə təşəkkür edib

Xəbər verildiyi kimi, sentyabrın 12-də Milli Məclisin Sədri Sahibə Qafarova İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Türkiyə prezidentinə görüş imkanı üçün təşəkkür edən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Türkiyənin dövlət başçısına çatdırıb.

Milli Məclisin Sədri bildirib ki, Azərbaycan və Türkiyə bütün taleyüklü məsələlərdə bir-birini dəstəkləyir və bir-birinə arxalanırlar: “Ermənistanın iyulun 12-də Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı şəxsən Sizin, xarici işlər naziri cənab Mövlud Çavuşoğlunun, Milli müdafiə naziri cənab Hulusi Akarın bəyanatları Azərbaycan xalqı tərəfindən çox böyük təqdirlə qarşılanıb. Biz qardaş Türkiyənin dəstəyini hər zaman hiss etmişik və bu dəstəyin birmənalı şəkildə ifadə olunmasına görə Sizə və Türkiyə hökumətinin üzvlərinə dərindən təşəkkür edirik”.

Sahibə Qafarova bildirib ki, “Bölgədə baş verən hadisələrin Türkiyə üçün doğurduğu təhdidlər ciddidir, biz bunu görürük: “Bununla belə, Türkiyə dövlətinin, ən əsası isə Zati-alinizin bu təhdidlərə qarşı qətiyyətli mövqeyiniz Azərbaycan ictimaiyyəti tərəfindən də təqdir olunur.

Suriya, İraq, Liviya, Qaradəniz, Aralıq dənizi və Egey dənizində vermiş olduğunuz mücadilə Türk xalqının haqlı maraqlarını qorumaq üçün verilən milli mücadələdir. Biz bunun fərqindəyik.

Bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edərkən də dediyi kimi, biz Azərbaycan olaraq bu haqlı mübarizəsində qardaş Türkiyənin yanındayıq və nə olursa olsun, qardaş Türkiyə Cümhuriyyətini dəstəkləyəcəyik. Çünki Türkiyə sadəcə bizim strateji tərəfdaşımız deyil, qardaş dövlətimizdir. Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin liderləri olaraq cənab İlham Əliyevlə Sizin aranızda mövcud olan səmimi dostluq və qardaşlıq ölkələrimiz arasında da olan münasibətlərə və dəstəyə əlavə təkan verir”.

Milli Məclisin Sədri Qara dənizdə kəşf edilən təbii qaz yatağı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib və bunun qardaş ölkənin enerji ehtiyaclarının təmin olunmasında mühüm rolunu vurğulayıb:

Öz növbəsində Prezident Rəcəb Tayyib Ərdoğan yeni seçilmiş parlamentə uğurlar arzulayıb.

Türkiyənin dövlət başçısı onun salamlarını və ən xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Bildirib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkələrdir:

“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Ölkələrimiz beynəlxalq platformalarda daim eyni mövqedən çıxış edir, taleyüklü məsələlərdə bir-birilərini dəstəkləyirlər.

Bu günlərdə Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər buna bariz nümunədir. Buna görə başda Prezident İlham Əliyev olmaqla bütün qardaş Azərbaycan xalqına bir daha təşəkkürümüzü bildiririk”.

Prezident Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da hər zaman belə olacağını diqqətə çatdırıb. İki ölkənin bölgədə birgə həyata keçirdikləri iqtisadi layihələrə toxunan Rəcəb Tayyib Ərdoğan bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri strateji əməkdaşlığımızın bir parçasıdır. Prezident iki qardaş ölkənin parlamentləri arasındakı münasibətlərdən də məmnunluğunu ifadə edib. Beynəlxalq təşkilatlarda Azərbaycan və Türkiyə parlamentarilərinin birlikdə və çiyin-çiyinə fəaliyyət göstərməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

BİZİM TƏQVİM:2 iyunda baş vermiş tarixi hadisələr

Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

SEPAH ABŞ və İsrailə məxsus gəmini vurduğunu açıqlayıb

Tanınmış cərrah 44 yaşda vəfat etdi — FOTO

5 yaşlı uşaq su anbarına düşüb öldü

Millimiz AÇ-nin 1/4 finalında

101 yaşı var, hələ də maşın sürüb sevgi romanları oxuyur

Tramp İranla danışıqların uzanmasından narazıdır

Astara kəndlərində işığın verilməsində fasilə olacaq

Tramp Ankaraya gedəcək

Yunanıstan millisinin keçmiş müdafiəçisi vəfat etdi

40 yaşlı Luka Modriç Xorvatiyanın dünya çempionatı heyətinə daxil edilib

Rusiya Ermənistandan meyvə və üzüm idxalına məhdudiyyət qoyur

“Hizbullah” İsraillə atəşkəsi təsdiqlədi

Media: Aİ üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılmasına razılıq verib

Türkiyə millisi Şimali Makedoniyanı darmadağın etdi

Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq

"Kuruluş Osman"ın aktyoru yeni serialda

"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO

Mövqesiz insanlar , izsiz yaşayanlardır.

Gələn mövsüm onu “Kızılcık Şerbeti”ndə görməyəcəyik

Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar

Cəlilabadda milli-ədəbi layihə

AYNUR ZEYNALLI İNSANLARIN QƏLBİNDƏ TAXT QURUB - FOTOLAR

Enerji Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi qəbul ediləcək

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə qəbul başlayıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930