Xəbərlər
ÖMRÜN SİLİNMƏZ İZLƏRİ MƏKTƏBƏ VƏ ŞAGİRDLƏRİNİN TALEYİNƏ BAĞLIDIR
Hacıməmməd Məmmədov,
Pedaqoq
Sədaqət Xanbala oğlu Sadıqov - 60
İnsan ömrünün mənası yalnız yaşanan illərin sayı ilə deyil, bu illər ərzində gördüyü xeyirxah işlərlə, qazandığı hörmətlə, yetişdirdiyi insanlarla və arxasında qoyduğu silinməz izlərlə ölçülür. Elə insanlar var ki, onların varlığı doğulduğu torpağa, bağlılığı el-obasına, zəhməti isə cəmiyyətə fayda gətirir. Harada çalışmasından, hansı vəzifəni daşımasından asılı olmayaraq, sadəliyi, səmimiyyəti, zəhmətkeşliyi və insanlara münasibəti ilə seçilirlər. Belə insanlar üçün hörmət nə rütbədir, nə də vəzifə – hörmət halal zəhmətin, təmiz əməlin və ləyaqətli ömrün qazancıdır.
İsmayıllının dağlar qoynunda yerləşən Müdri kəndində belə insanlardan biri – ömrünün altmışıncı baharını qarşılayan, həyatını müqəddəs müəllimlik peşəsinə həsr edən Sədaqət Xanbala oğlu Sadıqovdur.
Sədaqət müəllim 1966-cı il noyabrın 30-da İsmayıllı rayonunun Müdri kəndində dünyaya göz açıb. Onun uşaqlığı dağların əzəməti, çəmənlərin gül-çiçəyi, bulaqların zümzüməsi, təmiz kənd havası və zəhmət adamlarının səmimi münasibəti içərisində keçib. Bu torpağın hər qarışı, hər cığırı, hər daşı onun uşaqlıq xatirələrinin bir parçasına çevrilib. Hələ kiçik yaşlarından ailəsinə, ata-anasına kömək etməyi özünə borc bilib, zəhmətin nə olduğunu, halal çörəyin necə qazanıldığını həyatın özündən öyrənib.
Sədaqət müəllimin mənəvi dünyasının formalaşmasında ailəsinin, xüsusilə də atası Xanbala kişinin böyük rolu olub. Xanbala kişi el içində sadəliyi, səmimiyyəti, xeyirxahlığı və zəhmətsevərliyi ilə tanınan, hörmət-izzət sahibi olan bir insan idi. Sovet dönəmində kolxozda çalışar, halal zəhməti ilə ailəsini dolandırar, heç kimin xətrinə dəyməz, ehtiyacı olanı köməksiz qoymazdı. El-obanın yaddaşında xoş xatirələrlə yaşayan belə insanların adı zaman keçdikcə daha da əzizləşir.
Bu gün Sədaqət müəllim atasından söz düşəndə böyük məhəbbət və ehtiramla xatırlayır:
“Məndə olan bütün yaxşı keyfiyyətlərə görə atama minnətdaram. O, dağ vüqarlı, şirin söhbətli, ağıllı məsləhətçi, hörmət-izzətli, dost-tanışlı, qonaq-qaralı, qol-budaqlı el ağsaqqalı idi. Onun nurlu siması daim gözlərim önündə canlanır, nəsihətləri qulaqlarımda səslənir. Atam çox zəhmətkeş insan idi. Əməyə, zəhmətə qatlaşmağı övladlarına daim tövsiyə edərdi. Halal zəhmətdən qaçanları qınayardı...”
Bu sözlərdə bir oğulun ata sevgisi ilə yanaşı, mənəvi borcunu dərk edən insanın etirafı da yaşayır. Çünki yaxşı ata yalnız övladına həyat vermir, həm də ona ömür boyu yol göstərəcək mənəvi dəyərlər aşılayır. Xanbala kişinin zəhmətsevərliyi, insanlara münasibəti, qonaqpərvərliyi və ağsaqqal təmkini Sədaqətin xarakterində yaşamaqda davam edir.
Bu nəslin qədimdən gələn bir adəti, bir həyat fəlsəfəsi olub: yoldan gələnə çörək, eldən gələnə kömək, beldən gələnə dayaq olmaq. Qol gücü ilə zəhmətə qatlaşmaq, halal qazanc əldə etmək, süfrəyə dad, el içində ada sahib olmaq onların ailə ənənəsinin əsasını təşkil edib. Sədaqət müəllim də bu ənənəni yaşadan, ata ocağının mənəvi dəyərlərinə sədaqətlə bağlı qalan insanlardandır.
O, ilk təhsilini doğma Müdri kəndində alıb. Uşaqlıq illərinin keçdiyi, ayaq açıb yeridiyi, torpağını sevib bağlandığı bu kəndin tam orta məktəbini 1984-cü ildə bitirib. Elə həmin il pedaqoji təhsil almaq arzusu ilə sənədlərini Ağdaş Pedaqoji Texnikumuna təqdim edərək tələbə adını qazanıb.
1985–1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmət onun həyat təcrübəsini zənginləşdirib, məsuliyyət, intizam və Vətənə xidmət kimi dəyərləri daha da möhkəmləndirib. Hərbi xidmətdən qayıtdıqdan sonra yarımçıq qalan təhsilini davam etdirərək 1989-cu ildə Ağdaş Pedaqoji Texnikumunu bitirib.
Beləliklə, həyatının ən mühüm və məsuliyyətli yoluna – müəllimlik fəaliyyətinə qədəm qoyub. Həmin il İsmayıllı rayonunun Vaşa kəndində ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Bu, onun üçün sadəcə bir iş yeri deyil, gələcək ömrünü həsr edəcəyi müqəddəs bir sənətin başlanğıcı idi.
Müəllimlik hər kəsin bacara biləcəyi peşə deyil. Bu sənət yalnız bilik deyil, səbir, təmkin, qayğı, pedaqoji ustalıq və ən əsası, uşaq qəlbinə yol tapmaq bacarığı tələb edir. Sədaqət müəllim də illər keçdikcə bu peşənin incəliklərinə dərindən yiyələnib. Şagirdlərinin psixologiyasını öyrənib, onların hər birinə fərdi yanaşmağı, istedad və bacarıqlarını üzə çıxarmağı öz fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirib.
O, yaxşı anlayır ki, ibtidai sinif müəllimi uşağın həyatında ilk böyük yol göstərəndir. Şagirdin əlindən tutub ona ilk hərfləri, sözləri, cümlələri öyrədən, yazmağı və oxumağı sevdirən müəllimin əməyi heç vaxt unudulmur. Bir uşağın yaddaşında müəllimin səsi, təbəssümü, qayğıkeş münasibəti bəzən bir ömür boyu yaşayır. Sədaqət müəllimin pedaqoji fəaliyyətinin əsas üstünlüyü də məhz bu münasibətdə – bilik verməklə yanaşı, insan yetişdirmək istəyindədir.
O, dərslərini şagirdlərin fəallığını, müstəqil düşünmək və öyrənmək bacarıqlarını inkişaf etdirmək prinsipi əsasında qurur. Öyrətməklə kifayətlənmir, özü də daim öyrənməyə, yenilikləri mənimsəməyə çalışır. Bir çox beynəlxalq səviyyəli treninqlərdə iştirak edib, pedaqoji sahədəki yenilikləri izləyib, müasir təlim texnologiyalarını öz iş təcrübəsində tətbiq edib. Müasir kurikulum proqramları, yeni təlim üsulları onun üçün çətinlik deyil, əksinə, tədrisin keyfiyyətini yüksəltmək, şagirdlərin bilik və bacarıqlarını daha da inkişaf etdirmək vasitəsidir.
Sədaqət müəllim milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin formalaşdırılmasına da xüsusi diqqət yetirir. O, uşaqlara yalnız dərsliklərdəki bilikləri deyil, Vətəni sevməyi, dövlətə sədaqətlə xidmət etməyi, torpağa bağlılığı, böyüyə hörməti, kiçiyə qayğını, dostluqda etibarlı olmağı da öyrədir. Nitq və bədii təfəkkürün inkişafı, istedadların üzə çıxarılması, şagirdlərin yaradıcı qabiliyyətlərinin dəstəklənməsi onun pedaqoji fəaliyyətində mühüm yer tutur.
Müxtəlif illərdə göstərdiyi səmərəli fəaliyyət məktəb rəhbərliyi və rayon Təhsil Sektoru tərəfindən də qiymətləndirilib. Dəfələrlə fəxri fərman və diplomlarla təltif olunması onun müəllimlik əməyinə verilən dəyərin ifadəsidir. Ancaq müəllim üçün ən böyük mükafat illər sonra qarşısına çıxan keçmiş şagirdinin hörmətlə salam verməsi, xoş sözlə xatırlaması, həyatında qazandığı uğurlarda müəlliminin də payının olduğunu söyləməsidir.
Bu gün Sədaqət müəllimin pedaqoji fəaliyyətinin yeni mərhələsi başlayıb. Müdri kənd tam orta məktəbinin bağlanması ilə əlaqədar o, cari tədris ilindən etibarən İsmayıllı rayonunun Diyalı kənd tam ümumtəhsil məktəbində müəllim kimi fəaliyyətini davam etdirir. Məktəbin adı və ünvanı dəyişsə də, onun müəllimlik amalında, şagirdlərə münasibətində, təhsil və tərbiyə işinə bağlılığında heç nə dəyişməyib. Çünki həqiqi müəllim üçün əsas olan çalışdığı binanın divarları deyil, yetişdirdiyi uşaqların qəlbində yaratdığı işıqdır.
Sədaqət müəllimin xarakterini səciyyələndirən başlıca cəhətlərdən biri də onun insanlarla münasibətidir. O, zəhmətkeş, səxavətli, səmimi, dostcanlı, qohumcanlı və etibarlı insandır. Dostluğa adi münasibət kimi deyil, mənəvi məsuliyyət kimi yanaşır. Verdiyi sözə əməl etməyi, dar gündə dostunun yanında olmağı, qohumluq əlaqələrini qoruyub saxlamağı özünə borc bilir. Onun yoldaşlıq münasibətləri nümunəvi, insanlara kömək etmək istəyi isə təbii və təmənnasızdır.
Səxavət onun üçün yalnız maddi imkanla ölçülmür. Bəzən bir xoş söz, bir səmimi münasibət, bir vaxtında göstərilən kömək də böyük səxavətdir. Sədaqət müəllim ehtiyacı olanın dərdinə şərik olmağı, sevincini bölüşməyi, dostunun uğuruna öz uğuru kimi sevinməyi bacaran insanlardandır. Elə buna görə də onun ətrafında səmimi münasibətlər, etibarlı dostluqlar formalaşıb.
Dövlətinə sədaqəti, torpağına bağlılığı da onun mənəvi dünyasının mühüm cəhətlərindəndir. O, Vətəni yalnız sözlə sevməyin deyil, halal zəhməti, vicdanlı fəaliyyəti və məsuliyyətli vətəndaş mövqeyi ilə xidmət etməyin tərəfdarıdır. Doğulduğu torpağa bağlılığı, el-obasının taleyinə həssas münasibəti, milli-mənəvi dəyərlərə hörməti onun həyat mövqeyini müəyyənləşdirən əsas prinsiplərdəndir.
Sədaqət müəllim ailədə də qayğıkeş, məsuliyyətli və mehriban ata kimi tanınır. İki oğul atasıdır – Tural və Tərlan. Övladlarının tərbiyəsinə, gələcəyinə, cəmiyyətdə layiqli yer tutmalarına xüsusi önəm verir. Ata üçün övladının uğuru böyük sevincdir. Sədaqət müəllimin bu sevincinə isə Vətənə xidmət edən bir oğulun qüruru da əlavə olunub.
Oğlu Tural İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Vətən müharibəsi zamanı müxtəlif istiqamətlərdə gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır, “Qarabağ müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. Turalın döyüş yolu, Vətən qarşısındakı xidməti, ata ocağında aldığı tərbiyənin, torpağa və dövlətə bağlılığın əməli ifadəsidir. Şübhəsiz, övladının Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirməsi Sədaqət müəllim üçün ən böyük fəxarət mənbələrindən biridir.
Altmış il – insan ömrünün müdriklik, təcrübə və mənəvi zənginliklə səciyyələnən bir mərhələsidir. Bu yaşa çatmaq özü-özlüyündə bir hesabatdır: geridə qalan illərə, görülən işlərə, qazanılan dostlara, yetişdirilən övladlara və insan yaddaşında qalan izlərə nəzər salmaq məqamıdır.
Sədaqət Xanbala oğlu Sadıqovun ömür yoluna nəzər salanda görürük ki, o, yaşadığı illəri zəhmətlə, sədaqətlə, xeyirxahlıqla və müəllimlik sevgisi ilə mənalandırıb. O, nə qədər sadə görünürsə, mənəvi dünyası bir o qədər zəngindir. Səmimi təbəssümü, xoş rəftarı, etibarlı dostluğu, qohumlarına bağlılığı, zəhmətə münasibəti onu tanıyanların yaddaşında özünəməxsus bir insan kimi yaşadır.
İnsan ömrünün ən böyük sərvəti arxasında xoş xatirələr qoymaqdır. Sədaqət müəllimin də qazandığı hörmətin, sevgisinin və ehtiramın əsasında məhz bu dayanır. Onun ömrünün silinməz izləri məktəbin sinif otaqlarında, şagirdlərinin yaddaşında, dostlarının sədaqətində, qohumlarının sevgisində, ailəsinin qürurunda yaşayır.
Əziz Sədaqət müəllim!
Altmış illik ömür yolunuzun bu əlamətdar günündə Sizə möhkəm cansağlığı, ailə səadəti, könül rahatlığı, uzun və bərəkətli ömür arzulayıram. Qoy bundan sonrakı illəriniz də indiyə qədərki həyatınız kimi halal zəhmət, xoş münasibətlər, dost məhəbbəti, ailə sevinci və yeni uğurlarla zəngin olsun. Şagirdlərinizin uğurları, övladlarınızın nailiyyətləri, dostlarınızın sədaqəti daim sevincinizə sevinc qatsın. Qoy ata ocağından aldığınız mənəvi işıq heç vaxt sönməsin, özünüz də bu işığı gələcək nəsillərə ötürməkdə davam edəsiniz.
Sizə ünvanladığım bu səmimi arzuları bir neçə poetik misra ilə tamamlamaq istəyirəm:
Ağarmış saçların üz ağlığıdır,
Əxlaq təcəssümü, səbrin tükənməz.
Arzum Sizə daim cansağlığıdır,
Qalan arzularım heç saya gəlməz.
Bütün işlərində oldun nümunə,
Böyük hörmətini qazandın elin.
Hansı sözü yazım yaraşsın sənə,
Layiqli oğlusan ana Vətənin.
Vicdanın aynası, gözlərin təmiz,
Minnətin olmayıb heç bir kimsədən.
Qəlbin çox sadədir, əməlin təmiz,
Dürüstlük yoğrulub xislətinə əzəldən.
Sən bizə gərəksən hər vaxt, hər zaman,
Səhranın yağışa ehtiyacı var.
Gözəl sənətkarsan, həm gözəl insan,
Kollektivi bildin qardaş, bacı tək.
Hər otuz noyabr şad olsun ürək,
Xoşbəxtlik, səadət olsun payınız.
Hamı bir ağızdan söyləsin: mübarək!
Zirvələr fəth etsin həyat yolunuz!
60 yaşınız mübarək, əziz Sədaqət müəllim!