Turaztv.az » Xəbərlər » ŞAİRƏ LƏTİFƏ RƏŞİDİN "SİRLİ HƏYAT" KİTABININ TƏQDİMATI KEÇİRİLDİ.
Xəbərlər

ŞAİRƏ LƏTİFƏ RƏŞİDİN "SİRLİ HƏYAT" KİTABININ TƏQDİMATI KEÇİRİLDİ.

29.11.2026, 11:50 15
Hələ uşaq yaşlarından, sonra isə gənclik vaxtlarından çox böyük anlamı olan ruh və ruhlar dünyası haqqında eşitmişik. Ruh canlı varlıqların, xüsusi ilə insanın maddi olmayan tərkib hissəsi, həyat və şüurun əsası, mənəvi varlığın fundamental komponenti, materiyanın fövqündə dayanan və bədənə həyat verən substansiyadır. Dini baxımdan izah etdikdə isə "Qurani - Kərim"də Uca Allah Cəbrayıl Mələyinin gətirdiyi vəhyi ruh adlandırır.
Ruhlar haqqında fikirlər və yansşmalar müxtəlifdir. Bəzi insanlar inanmır, bəziləri isə inanır. Ruha inan insanlar hələ insan sağ olarkən həmin insana bağlı olub, önun ölümünü qəbul etməyön insanlardır. Belə insanlar aralarında valideyn - övlad, bacı - qardaş bağlılığı olan insanlardır. Belə insanlar sağlığında öz doğmalarına o qəfər bağlanırlar ki, onları itirəndən sonra həmin insanların ruhuna bağlanırlar, onları yaşatmağa, onlarla yaşamağa çalışırlar. Belə insanlardan biri də şairə Lətifə Rəşiddir.
Lətifə Rəşid çağdaş ədəbiyyatımızda təkcə öz qələmi ilə deyil, həm də öz səsi, öz nəfəsi, öz tərzi ilə seçilən şairələrimizdən biridir. Lətifə xanım təkcə yazmır, yazdığını öz səsi ilə lirik musiqi və yaxud saz havaları üstündə, bəzən təbiət qoynunda, bəzən isə studiyada çıxış edərək insanların hafizələrinə hopdurur, yaddaşlarına çatdırır. Bu da Lətifə xanımın şairə deyil, yuxarıda qeyd etdiyim kimi, ruh bilici, metafizik düşüncə daşıyan, din və ağıl arasında münasibət yaradan insan olmasıdır. Onun yaradıcılığında ruh bədii obrazdır.
Noyabrın 28 - də Lətifə Rəşidin yeni kitabının təqdimatı keçirildi. Şairə bu dəfə oxucuları və sevənləri ilə görüşə yeni 6 - cı şeirlər kitabı olan "Sirli həyat" kitabı ilə gəldi.
Sirli həyatın ruh fəlsəfəsi səviyyəsində tərənnümü baxımından şairənin əvvəlki kitablarında olduğu kimi, bu kitabında da öz fikirinə sadiq qalır, söz insanı böyüdür, oyadır və keçmişi dirildir. Bu kitabın da əsas motivi duyğu, dialoq və ruhun səsidir. Kitabda toplanmış şeirlər digər şeirlər kimi maddi aləmlə ruh aləmi arasında olan körpüdür və bu səbəbdən oxucunun qəlbinə toxunuraraq, onu riqqətə gətirir, oxucu özünə sirdaş edir.
Yeni kitabı münasibəti ilə Lətifə xanımı təbrik edir yeni - yeni uğurlar arzulayırıq.












ŞAİRƏ LƏTİFƏ RƏŞİDİN "SİRLİ HƏYAT" KİTABININ TƏQDİMATI KEÇİRİLDİ.
Yunis Qaraxanlı.
29.11.2026
Turaztv.az

Oxşar xəbərlər