Xəbərlər
Məşhur bank pul köçürmələri üzrə komissiyanı 2 dəfə artırır
Leobank müştəriləri üçün pul köçürmələri ilə bağlı yeni tariflər tətbiq edəcək.
Dəyişikliyə əsasən, müəyyən edilmiş limitdən artıq həyata keçirilən hər 50 manatlıq köçürmə üçün komissiya 50 qəpikdən 1 manata qaldırılacaq.
Yeni komissiya tariflərinin yanvarın 1-dən və 15-dən etibarən qüvvəyə minəcəyi bildirilir.
Beləliklə, bankın müştəriləri limitdən artıq pul köçürmələri zamanı əvvəlki ilə müqayisədə iki dəfə çox komissiya ödəməli olacaqlar.















