Turaztv.az » Xəbərlər » Seul yaxınlığında yük qatarı relsdən çıxıb
Xəbərlər

Seul yaxınlığında yük qatarı relsdən çıxıb

21.11.2026, 11:09 2
Seul yaxınlığında yük qatarı relsdən çıxıb

Cənubi Koreyada yük qatarının beş vaqonu Secon inzibati mərkəzinin yaxınlığında relsdən çıxıb, nəticədə Tedcon və Çxonan şəhərləri arasında qatarların hərəkəti dayandırılıb.

Bu barədə "Yonhap" məlumat yayıb.

Məlumata görə, 21 vaqondan ibarət qatar Seuldan təxminən 120 kilometr cənubda, Seconda yerləşən Socon-ri stansiyasına daxil olarkən avtomatik qəza əyləc sisteminin işə düşməsindən sonra relsdən çıxıb.

Qatar relsdən çıxarkən polad dayaq sütununa çırpılaraq onu sındırıb, nəticədə elektrik xətləri qırılıb və Çxonan ilə Çonı stansiyaları arasında elektrik enerjisinin verilişində kəsinti yaranıb.

Oxşar xəbərlər