Turaztv.az » Xəbərlər » Tanınmış həkim həbs olundu
Xəbərlər

Tanınmış həkim həbs olundu

21.11.2026, 00:04 4

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub.

"Unikal" Xitab24.az-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, həkim ona müraciət edən pasiyentlərə yalan vədlər verərək ümumilikdə 26 795 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

Zeynal adı ilə də tanınan stomatoloq bu əməlləri "Loft Dent", "L.A Dent" və "Mediland Hospital"da törədib.

Pasiyentlərdən pul almasına baxmayaraq, verdiyi vədlərə əməl etməyən həkim cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Oxşar xəbərlər