Turaztv.az » Xəbərlər » YAP Qobustan rayon təşkilatının qərargahında tədbir keçirilmişdir - FOTOLAR
Xəbərlər

YAP Qobustan rayon təşkilatının qərargahında tədbir keçirilmişdir - FOTOLAR

20.11.2026, 20:37 9

Yeni Azərbaycan Partiyasının 34-cü il dönümü münasibətilə YAP Qobustan rayon təşkilatının qərargahında tədbir keçirilmişdir.

Tədbirdə bir qrup partiya fəalları və ərazi partiya təşkilat sədrləri iştirak etmişlər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri,Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov mövzu ilə bağlı məruzə etmiş,məruzə ətrafında çıxışlarda Vətən Müharibəsi Qəhrəmanı,Canlı Əfsanə YAP-nın VIII Qurultayının nümayəndəsi Mirdamət Bağıyev, Rayon Mərkəzi Xəstəxanasının direktoru,YAP-nın VIII Qurultayının nümayəndəsi, “Səhiyyə” ərazi partiya təşkilatının sədri Günay Muradova və “Təhsil” ərazi partiya təşkilatının sədri Anar Osmanov çıxış etmişlər.
Sonda rayon təşkilatının ictimai siyasi həyatında fəal iştirakına görə Vüqar Hüseynov və Elvin Bəhrəmov YAP Qobustan rayon təşkilatının “Fəxri Fərmanı” ilə təltif edilmişlər.
Tədbir bayram əhval-ruhiyyəsilə başa çatmış,sonda xatirə şəkli çəkilmişdir.







Turaztv.az

Oxşar xəbərlər