Turaztv.az » Xəbərlər » Həsənxan ƏSƏDOV : Ağac başın əyər gətirəndə bar - FOTO
Xəbərlər

Həsənxan ƏSƏDOV : Ağac başın əyər gətirəndə bar - FOTO

21.11.2026, 06:16 8
Rübailər (2)

Yaşa bu həyatı, qazan ehtibar,
Dağın yüksəkliyin göstərər ağ qar.
Nə dünya, nə insan əbədi deyil,
Ömrün də yetəcək bir gün sonu var.

Şan-şöhrət axtarma, gəzmə səyyarı.
Hər işin vardır miqdar, meyyarı.
İnsanlıq ölçülməz nə var, nə pulla,
Ağıldır, zəkadır insan əyyarı.

Tükənməz könlümün eşqi, həvəsi,
Şeirdir, nəğmədir nəbzimin səsi.
Qəlbən vurğunuyam sənətin,sözün,
Ruhuma can verir sözün nəfəsi,

Qələmlə duyğunu əkər şarlər,
Sözünü sevgiyə bükər şairlər.
Unudar özünün ağrı-acısın,
Elinin dərd - sərini çəkər Şairlər.

Şeirdir şairin eşqi, həvəsi,
Misralar qəlbinin yüksələn səsi.
Tumurcuq duyğular çiçəkləyəndə
Duyular şeirdə sevgi nəfəsi.

Gözlərdir ürəyin yanan çırağı,
Sinədir aşiqin meyvəli bağı.
Eşqin sərvətidir ruhun sarayı,
Sevgi, məhəbbətin könül qaymağı.

Çətinlik önündə olarsa tabın,
Salmazsan könlünə qəmin girdabın.
Atalar əzəldən belə söyləmış,
Sirkə tünd olarsa çatladar qabın,

Unutma yaranı saran insanı.
Əf etmə üryi qıran insanı.
İnan, unutqanlıq dərddir,bəladır,
Yolundan sərpdirər hər an insanı.

Tanı sənə tələ quran hərkəsi,
Halını kibirlə soran hərkəsi.
İnsana insantək ver dəyərini,
Kor sayma heç zaman "görən" hərkəsi,

Düz yola çağırır Qur'an adamı,
Tanıdar Yaradan, quran adamı.
Tanrı bağışlayar günahlarını,
Gətirsən namaza "vuran" adamı.

Arzunu, istəyi ürəklər dilər,
Sevginin qiymətin sevənlər. bilər.
Ürəkdən sevilib sevən insanlar,
Parlayar,nur saçar, gözləri gülər.

Bahar gəlişiylə bağlar gül açar,
Hər yan yaşıllaşar,bülbül dil açar.
Neçə hikməti var ana təbiyyətin,
Ağac başın əyər gətirəndə bar

21.11.2026

Oxşar xəbərlər