Turaztv.az » Xəbərlər » Sumqayıtda yol çöküb
Xəbərlər

Sumqayıtda yol çöküb

21.11.2026, 10:08 6
Sumqayıtda yol çöküb

Sumqayıtın Üzeyir Hacıbəyli küçəsində yolun bir hissəsi çöküb.

Çökmə ilə əlaqədar əraziyə Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları cəlb olunub.

Təhlükəsizlik tədbirləri görülüb, problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, Üzeyir Hacıbəyli küçəsində yolun ayrı-ayrı hissələrində daha əvvəl də çökmələr qeydə alınıb. Bir neçə gün əvvəl küçənin başqa bir hissəsində yaranan çökmə aradan qaldırılıb. Bundan bir neçə ay öncə də eyni küçədə yolun digər hissəsi çökərək təmir olunmuşdu. İndi isə küçədə növbəti, üçüncü çökmə qeydə alınıb.

Oxşar xəbərlər