Turaztv.az » Xəbərlər » Rusiya Ukraynanın infrastrukturuna ballistik raketlərlə kütləvi zərbə endirib
Xəbərlər

Rusiya Ukraynanın infrastrukturuna ballistik raketlərlə kütləvi zərbə endirib

20.11.2026, 10:14 3
Rusiya Ukraynanın infrastrukturuna ballistik raketlərlə kütləvi zərbə endirib

Rusiya Silahlı Qüvvələri gecə saatlarında quru, dəniz və hava əsaslı yüksək dəqiqlikli silahlarla, pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə, enerji və nəqliyyat obyektlərinə, eləcə də gəmilərinə və liman infrastrukturuna kütləvi zərbə endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Zərbə nəticəsində Ukraynanın hərbi-sənaye kompleksi müəssisələri və qanadlı raketlərin, uzaq və orta mənzilli PUA-ların istehsalı və saxlanılmasına cəlb edilmiş anbar terminalları, Kiyev şəhərində, Kiyev, Dnepropetrovsk, Nikolayev, Lvov və İvano-Frankovsk vilayətlərində enerji və nəqliyyat infrastrukturu obyektləri vurulub", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər