​Vətən torpaqlarının azadlığı uğrunda canından keçən igidlərimizin hər biri xalqımızın qürur mənbəyidir. Belə qəhrəmanlardan biri də Birinci Qarabağ müharibəsində könüllü olaraq cəbhəyə atılan, xalqımızın müqəddəs borcu olduğu Bəxtiyar Cahid oğlu Əmiraslanovdur.
​Bəxtiyar Əmiraslanov 1971-ci il sentyabrın 11-də İsmayıllı rayonunun Müdri sovetliyinin Daxar kəndində (Soru məhəlləsində) ziyalı — müəllim ailəsində anadan olmuşdur. İlk təhsilinə Cülyan ümumi orta məktəbində başlayan Bəxtiyar, daha sonra ailəsi ilə birlikdə İsmayıllı rayon mərkəzinə köçmüş və təhsilini İsmayıllı kənd orta məktəbində (indiki Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbi) başa vurmuşdur.
​1989–1991-ci illərdə Sovet Ordusu sıralarında, Rusiyanın Tomsk şəhərində hərbi xidmətdə olmuş, nizam-intizamı və qorxmazlığı ilə seçilmişdir.

​1992-ci ildə Vətənimizin başı üstünü qara buludlar alanda Bəxtiyar Əmiraslanov da minlərlə könüllü kimi hərbi xidmətə yollanmış, Vətənin müdafiəsinə qalxmışdır. O, 13 oktyabr 1992-ci ildə Ağdam uğrunda gedən ağır döyüşlərə qatılmış, düşmənə sarsıdıcı zərbələr endirərək mərdi-mərdanə döyüşmüşdür.
​29 oktyabr 1992-ci ildə Xocalı rayonunun Pirlər (Xramort) kəndi uğrunda gedən şiddətli döyüşlərdə Bəxtiyar Əmiraslanov cəsarətlə vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Şəhid olduğu ərazidən cənazəsini götürmək mümkün olmadığı üçün o, bizim yüzlərlə məzarsız şəhidimizdən birinə çevrilmişdir.

​Yaşasaydı, 11 sentyabr tarixində Bəxtiyar Əmiraslanovun 55 illik yubileyini doğmaları ilə birlikdə böyük təntənə ilə qeyd edəcəkdik. Qısa, lakin şərəfli bir döyüş yolu keçən qəhrəman əmim müqəddəs amal uğrunda canını fəda etdi.
​Şəhidlər ölməz, Vətən bölünməz! Ruhun şad, məkanın cənnət olsun, Əmi! Bu xalq sizin kimi igidlərin ruhları qarşısında baş əyir. Allah rəhmət eləsin...

Esmira Əlişova

Son xəbərlər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu

Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib

Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib

Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir

Nev reanimasiyaya yerləşdirildi

Hacıməmməd Məmmədov : KİŞİLİK NƏDİR? - FOTO

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Keçmiş nazir axtarışa verildi - FOTO

Cem Yılmaz tədbirə əsa ilə gəldi

“Kızılcık şerbeti” bu tarixdə başlayır

Kralın qardaşı 800 illik titulu da itirdi

"Şaban" ekranlara geri qayıdır - FOTO

Ziyadxan Budaq : Deyəsən bu payız kamına yetir - FOTO

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Kosmosda kənd təsərrüfatı: Ayda buğda və pomidor yetişdirmək planlaşdırılır

Xəbər xəstəliyi xəstəlik xəbərləri siyahısında

Azərbaycanda bazarlarda qaydalar dəyişəcək - Rəqbətli modelə keçid

Sabah bu küçələr bağlanacaq

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Miri Yusifin ailəsindən yeni - Fotosessiya

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930