Xəbərlər
11.09.2026, 21:33
Ziyadxan Budaq : Deyəsən bu payız kamına yetir - FOTO

Bu payız nə gözəl, rəngi sapsarı,
Gözümü oxşayır, könlümə dolur.
Bir az da kövrəldir lal duyğuları,
Elə bil küləklər saçımı yolur.
Payızı sevirəm, sevirəm elə,
Anamın ömrünə bənzəyir o da.
Küləklər at çapır belədən - belə,
Torpağın hüsnünü bəzəyir o da.
Bu payız bir şirin nağıl kimidir,
Bir az fəhm eləsən dastana dönər.
Elə bil kamanın titrək simidir,
Bayatı üstündə dil açıb dinər.
Bu payız qış ilə görüşə gedir,
Hissimdən adlayıb duyğumdan keçir.
Deyəsən bu payız kamına yetir,
Özünə ruhumdan paltar da biçir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







