Böyük Britaniya Kralı III Çarlzın kiçik qardaşı, eks-prins Endryu Mauntbetten-Vindzor Londonun ən qədim fəxri titulundan məhrum edilib.

“Qafqazinfo” “BBC News”a istinadla xəbər verir ki, London Siti Korporasiyasının İcma Şurası Məhkəməsi keçmiş şahzadəni “Londonun Azadlığı” (Freedom of London) fəxri adından məhrum etməyə imkan verən yeni proseduru təsdiqləyib.

Korporasiyanın siyasət üzrə sədri Kris Heyvord bildirib ki, bənzər mexanizm əvvəllər mövcud olmayıb və indi proses təcili qaydada işə salınıb. Yekun qərarın dekabr ayında veriləcəyi gözlənilir.

Qeyd edək ki, keçmiş şahzadə Endryu fevralın 19-da, 66-cı ad günündə Böyük Britaniyanın ticarət elçisi olduğu dövrdə maliyyəçi Cefri Epşteynlə məxfilik təşkil edən məlumatları paylaşmaqda və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinərək həbs edilib.

Bununla yanaşı, ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Tomas Massi çıxış edərək onu ABŞ ərazisində cinsi cinayətlər törətməkdə ittiham edib və pedofil maliyyəçinin yaxınlarının məsuliyyətə cəlb olunmasını tələb edib.

Xatırladaq ki, 1237-ci ildən bəri mövcud olan “Londonun Azadlığı” titulu Böyük Britaniya tarixinin ən qədim ənənələrindən biri hesab olunur və hazırda xüsusi xidmətlərə görə simvolik ehtiram əlaməti kimi təqdim edilir.

Son xəbərlər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu

Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib

Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib

Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir

Nev reanimasiyaya yerləşdirildi

Hacıməmməd Məmmədov : KİŞİLİK NƏDİR? - FOTO

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Keçmiş nazir axtarışa verildi - FOTO

Cem Yılmaz tədbirə əsa ilə gəldi

“Kızılcık şerbeti” bu tarixdə başlayır

Kralın qardaşı 800 illik titulu da itirdi

"Şaban" ekranlara geri qayıdır - FOTO

Ziyadxan Budaq : Deyəsən bu payız kamına yetir - FOTO

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Kosmosda kənd təsərrüfatı: Ayda buğda və pomidor yetişdirmək planlaşdırılır

Xəbər xəstəliyi xəstəlik xəbərləri siyahısında

Azərbaycanda bazarlarda qaydalar dəyişəcək - Rəqbətli modelə keçid

Sabah bu küçələr bağlanacaq

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Miri Yusifin ailəsindən yeni - Fotosessiya

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930