Ötən gün Vətən uğrunda canından keçən igid oğlumuz, şəhid Süleymanov Vasif Akif oğlunun mövlud gününü böyük ehtiramla qeyd olundu.

Keçirilən tədbirdə şəhid ailələri, dəyərli yazıçılar, ailə üzvləri və yaxınları iştirak edirdi. Bu gün təkcə bir doğum günü deyil, həm də bir qəhrəmanın xatirəsinin yaşadıldığı, onun şərəfli ömür yolunun yad edildiyi müqəddəs bir gün idi.

Tədbir boyunca Vasifin keçdiyi şərəfli həyat yolu, Vətənə olan sonsuz sevgisi, qəhrəmanlığı və fədakarlığı haqqında ürəkdən çıxan sözlər səsləndirildi. Onun adı qəlblərdə qürur, gözlərdə həm kədər, həm də fəxr yaşatdı.

Şəhidlər bizim baş tacımızdır. Onların əmanəti olan bu Vətənə sahib çıxmaq hər birimizin borcudur. Vasif kimi igidlərin sayəsində bu gün azad, başıuca yaşayırıq.

Süleymanov Vasif Akif oğlu 2002 ci il fevral ayının 24-ü Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Qəbələ rayonu Bum qəsəbə orta məktəbində almışdır. Qəbələ rayonunda olan Peşə Məktəbində aşbazlıq bölümündə oxumuşdur. 2020 ci ildə Covid-19 virusu və pandemiya vəziyyəti ilə əlaqədar olaraq həqiqi hərbi xidmətinə aprel ayında deyil, may ayının 8-i getmiş,ordu sıralarında aşpaz olmasını təklif etsələr də , öz istəyi ilə buna razı olmamışdır.Süleymanov Vasif həqiqi hərbi xidmətini Gəncə və Cəlilabadda N saylı hərbi hissədə keçmiş, 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ Müharibəsində iştirak etmiş, bir neçə yerlərin düşmən işğalından azad olunmasında böyük şücaət göstərmişdir. 2020 ci il oktyabr ayının 6-ı Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəbələ rayonu Bum qəsəbəsində dəfn olunmuşdur . SSRİ(Sovet) Ordu sıralarında xidmət edərkən şəhid olan Vasif əmisinin adını daşıyırdı. İki bacının bir qardaşı idi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun.
Onların adı daim yaşayacaq, xatirələri isə qəlblərimizdə əbədi qalacaq.


Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzi İB
Qəbələ rayon nümayəndəliyinin rəhbəri





Son xəbərlər

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31