Əziz və dəyərli dostlarımı salamlayıram.
Bəli, bir aydan artıqdır ki, gözlərimin əməliyyatıyla bağlı mən sizinlə sağollaşıb ayrılmışdım.
Çox şükür ki, gözəl insan, həkim adını ləyaqətlə daşıyan həkimin peşəkarlığıyla uğurlu keçən əməliyyatdan sonra yenə də dostlarımla bir aradayam!
İlk növbədə, gözlərimə nur, işıq verən həkimimə və mənə o ərəfələrdə diqqət göstərib, narahat olan dəyərli dostlarıma təşəkkürümü bildirirəm.


GÖZÜMDƏ MƏNİM


Sığmıram nə yerə, nə də ki göyə,
Gülüş məskən salıb üzümdə mənim.
Çəkilib gözümdən duman, çən deyə,
Dünya gözəlləşib gözümdə mənim.

Ağa ağ deyirəm, qaraya qara,
Vurmaram kimsənin qəlbinə yara.
Xızırtək yetərəm kim düşsə dara,
Yalan olmayıbdır sözümdə mənim.

Hər tərəf gözümdə bir çəmənzardır,
Nazımı çox çəkən vəfalı yardır
Bir saflıq, incəlik, gözəllik vardır,
Onlar təməldəndir özümdə mənim.

Boğuram içimdə hər an qəhəri,
Gözümlə açıram danı,səhəri.
Verdiyim əməyin barı,bəhəri,
Olubdur çoxumda, azımda mənim.

Gözütox insanam açıqdır əlim,
Belə yaranmışam, budur təməlim.
Xeyirxah ruhumla, gözəl əməlim,
Qalacaq hər zaman izimdə mənim.

Hələ bitməyəcək söhbətim,sözüm,
Çox şükür nurlandı cüt baxan gözüm.
Qəlbimdə sönməyən alovum,közüm,
Taqətim qalacaq dizimdə mənim.

21.05.2026

Son xəbərlər

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930