Aprelin 4-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusuna həsr olunan Təhsil Forumu keçirilib.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi ilə keçirilən Forumda şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, millət vəkilləri Fariz İsmayılzadə, Afət Həsənova, Elçin Mirzəbəyli, Tamam Cəfərova, Mehriban Vəliyeva, Elnarə Akimova, Samir Vəliyev, Ceyhun Məmmədov və Vasif Qafarov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, LDU-nun rektoru Natiq İbrahimov, Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımov, təhsil ictimaiyyətinin nümayəndələri və şagirdlər iştirak ediblər.

Rəsmi protokol heyəti ilk öncə Lənkəran şəhərinin mərkəzi meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Daha sonra Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində infotur təşkil olunub.

Tədbirin rəsmi hissəsi Dövlət Himninin səslənməsi və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Giriş nitqi ilə çıxış edən Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirib ki, müasir qlobal çağırışlar, iqtisadiyyatın şaxələndirilməsi və əmək bazarının dinamik dəyişməsi peşə təhsilinin rolunu günümüzdə daha da artırır. Onun sözlərinə görə, peşə təhsilinin inkişafına cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə son illər tədris proqramlarının müasirləşdirilməsi və əmək bazarının real ehtiyaclarına uyğunlaşdırılması, bu çərçivədə innovativ texnologiyaların tətbiqi, rəqəmsal bacarıqların inkişafı istiqamətində mühüm işlər görülüb. Ən müasir tələblərə cavab verən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi də onun bu sahəyə və rayonumuza olan xüsusi diqqətinin təzahürüdür.

İcra başçısı qeyd edib ki, peşə təhsil mərkəzinin regionda fəaliyyəti həm yeni iş yerlərinin yaranmasına, həm iqtisadiyyatın güclənməsinə, həm də insanların həyat keyfiyyətinin artırmasına rəvac verəcək.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Forumun əsas məqsədinin regionlarda peşə təhsilinin mövcud vəziyyətini qiymətləndirmək, bu sahədə inkişaf istiqamətləri, yeni yanaşmalar və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məsələlərini müzakirə etməkdir.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə peşə təhsili sahəsində ölkədə həyata keçirilən islahatlar barədə geniş məruzə ilə çıxış edib. Peşə təhsili sahəsinə son illərdə əsaslı dönüşdən, istər infrastrukturun yenilənməsi, istərsə də gənclərin bu sahəyə cəlb olunmasındakı dinamik inkişafdan danışıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bildirib ki, peşə təhsili insanlara həm praktik bacarıqlar, həm də əmək bazarında uğur qazanmaq üçün real imkanlar verir. Peşə təhsili birbaşa bazarın tələbinə uyğun sahələr üzrə kadr hazırlayır ki, bu da işsiz qalma riskini azaldır. Dual təhsil modelinin tətbiqinin əhəmiyyətinə diqqət çəkən natiq qeyd edib ki, hazırda bu sahədə 130 işəgötürənlə əməkdaşlıq olunur.

Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Milli Məclisin deputatları Elçin Mirzəbəyli, Tamam Cəfərova, Mehriban Vəliyeva, Elnarə Akimova, Afət Həsənova, Samir Vəliyev, Ceyhun Məmmədov və Vasif Qafarov, Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, peşə təhsilinin cəmiyyətdə nüfuzunun artırılması istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir. Bu sahəyə olan yanaşmanın dəyişməsi və onun perspektivli karyera yolu kimi təqdim olunması gənclərin marağının artmasına müsbət təsir göstərəcək. Eyni zamanda, bu sahədə həyata keçirilən islahatların davamlılığı və effektivliyi gələcəkdə daha rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına zəmin yaradacaq.

Çıxışlarda regionlarda əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığının təmin edilməsinin, dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsinin vacibliyi vurğulanıb.

Forumun sonunda regionlarda peşə təhsili sahəsində fəaliyyətlərinə görə Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup əməkdaşına Milli Məclisin Elm və təhsil komitəsinin fəxri diplomu təqdim edilib.











Son xəbərlər

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930