Xəbərlər
2.04.2026, 00:01
De gəlsin. Nailə Şahverdiyə - FOTO
Vətən qızı Brilyant Atəş
Usta sənsən, bu meydanda, xamam mən,
Aç sinəni, döşə sözün, de gəlsin.
Yıxılmasın, büdrəməsin heç zaman,
Təpər tapsın qoşa dizin, de gəlsin.
Əl gəzdirmə, inciyər, Ay üzünə,
Qara zülfü tül kimi yay üzünə,
Get lalədən bir xal al qoy üzünə,
Şeh üstündə qalsın izin, de gəlsin.
Oxumuşam dərsimi "əlif", "be" dən,
Çoxlu görüb boynumda əl, ip- didəm,
Yoxdur, bala, daha çox gəlib-gedən,
Al sinənə, götür sazın, de gəlsin.
Yoxdu məndə mərdi basmaq, eşit, bil,
Namərd varsa həyatından təmiz sil,
Təmiz ürək, təmiz vicdan, təmiz dil
Qorxma bala, göndər azın, de gəlsin.
Xoşbəxt gəlsin gələn yazın, de gəlsin.
31.03.2026.
Usta sənsən, bu meydanda, xamam mən,
Aç sinəni, döşə sözün, de gəlsin.
Yıxılmasın, büdrəməsin heç zaman,
Təpər tapsın qoşa dizin, de gəlsin.
Əl gəzdirmə, inciyər, Ay üzünə,
Qara zülfü tül kimi yay üzünə,
Get lalədən bir xal al qoy üzünə,
Şeh üstündə qalsın izin, de gəlsin.
Oxumuşam dərsimi "əlif", "be" dən,
Çoxlu görüb boynumda əl, ip- didəm,
Yoxdur, bala, daha çox gəlib-gedən,
Al sinənə, götür sazın, de gəlsin.
Yoxdu məndə mərdi basmaq, eşit, bil,
Namərd varsa həyatından təmiz sil,
Təmiz ürək, təmiz vicdan, təmiz dil
Qorxma bala, göndər azın, de gəlsin.
Xoşbəxt gəlsin gələn yazın, de gəlsin.
31.03.2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


