
Xəbərlər
1.04.2026, 00:12
Qəzənfər Məsimoğlu : HƏSRƏTİMİN SƏDƏQƏSİ - FOTO
Yanır həsrətindən can için-için,
Çəkilir hisslərim hər an tarıma.
Gözlərim önündə qalmağın üçün,
Minnətçi düşmüşəm xəyallarıma.
Xəyallar nə qədər insafsız imiş,
Bir də görürsən ki, salır çətinə.
Könlüm istəyimi sədəqə demiş,
Ramazan ayında məhəbbətinə.
Eh, bu məhəbbət də başa bəladı,
Düşdün, rəhm eləmir, alır canını.
Sinəm ürəyimə bağlı qaladı,
Çıxarda bilmirəm həyəcanını.
Çəkilir hisslərim hər an tarıma.
Gözlərim önündə qalmağın üçün,
Minnətçi düşmüşəm xəyallarıma.
Xəyallar nə qədər insafsız imiş,
Bir də görürsən ki, salır çətinə.
Könlüm istəyimi sədəqə demiş,
Ramazan ayında məhəbbətinə.
Eh, bu məhəbbət də başa bəladı,
Düşdün, rəhm eləmir, alır canını.
Sinəm ürəyimə bağlı qaladı,
Çıxarda bilmirəm həyəcanını.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










