Deyəsən buludun "qəlbi" doludur,
Yağır neçə gündür, hey dayanmadan.
Ya da bu intiqam, cəza yoludur,
Yağır yorulmadan, hey usanmadan?

Çox güman göylər də gəlibdir cana,
Səmaya nə qədər raket atarlar?
Bu qədər qan töküb qıyanlar cana,
Qorxmur ki, tökülən qanda batarlar?

Açılan silahlar hər gün can alır,
Batan günəş kimi həyatlar sönür.
Buxarla birlikdə ahlar ucalır,
Göydə qatarlaşan buluda dönür.

Cinayət, haqsızlıq, iftira, nifrin...
Yatmış vicdanların çoxalır sayı.
Bəlkə yumaq üçün bağrını yerin,
Buludun torpağa budur harayı?

Yer göyə əl açır, imdad istəyir,
Səmanın özü də bağrı yaradır.
Onların xətrinə insan pis dəyir,
Təbiət önündə üzü qaradır.

Qana susayanlar, əli qanlılar,
Yerlə göy arası itirib başı.
Arada güdaza gedir canlılar,
Yanğın, fəlakət var hər addımbaşı.

Halalı sevənlər acından ölür,
Haram aşiqləri kef damaqdadır.
Kasıb bir tikəsin beş yerə bölür,
Doymadan sadəcə o dadmaqdadır.

"Dünya, dağılasan" deyib hay çəkən,
Duan qəbul oldu, dağılır daha.
Özünə günahdan hər gün "pay çəkən",
Salamat çıxarmı görən sabaha?

Tökür göz yaşını doyaraq cana,
Ürəkdən ağlayır bəlkə buludlar?
Etiraz eyləyib yer, göy insana,
Edir gen dünyanı başlarına dar?

Qiymətli, qiymətsiz neçə maşın var,
Avarsız qayıqtək sularda "üzür".
Ağac var kökündən qoparır sular,
Torpaqdan ayrılıb sel-suda "süzür".

Ovulub tökülür torpaq sel, sudan,
Quru yer qalmayır ayaq basmağa.
Gur selə qərq olub hər yan, ey insan,
Səy göstər günahdan uzaqlaşmağa.

29.03.2026 00:50 VIIgün



Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930