Xəbərlər
29.03.2026, 00:05
Zohre Qara Qızı : YAĞIŞ - FOTO
Bahar yağış gətirib,
Aramsız leysan yağır.
Göylər tökür göz yaşın,
Buludun bağrın sağır.
Neçə gündür boşalır,
Göylərin bulud qatı.
Sanki göylər söyləyir,
Gecə- gündüz bayatı.
Hər kəsin ürəyində
Bir ağrı, bir kədər var.
Belə yağışlı gündə
Sona çatan qədər var.
Sellənir küçələrdə,
Gölməçələr yaranır.
Sel- su keçidlərindən,
Çətinliklə aranır.
Təmizlənir yer üzü,
Torpaq da cana gəlir.
Yaşıl donlu çöl, çəmən,
Ana təbiət gülür.
Gözəldir yaz yağışı,
Yağarsa aram- aram.
Qoy yağışla yuyulsun,
Dünyəvi dərdim, yaram
28.032026
Aramsız leysan yağır.
Göylər tökür göz yaşın,
Buludun bağrın sağır.
Neçə gündür boşalır,
Göylərin bulud qatı.
Sanki göylər söyləyir,
Gecə- gündüz bayatı.
Hər kəsin ürəyində
Bir ağrı, bir kədər var.
Belə yağışlı gündə
Sona çatan qədər var.
Sellənir küçələrdə,
Gölməçələr yaranır.
Sel- su keçidlərindən,
Çətinliklə aranır.
Təmizlənir yer üzü,
Torpaq da cana gəlir.
Yaşıl donlu çöl, çəmən,
Ana təbiət gülür.
Gözəldir yaz yağışı,
Yağarsa aram- aram.
Qoy yağışla yuyulsun,
Dünyəvi dərdim, yaram
28.032026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












