
Xəbərlər
5.03.2026, 16:16
Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir

Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir.
Bu barədə Moldovanın xarici işlər naziri Mihai Popşoy X sosial şəbəkəsində hesabında bildirib.
"Moldova mülki infrastruktura yönəlmiş və dinc sakinlərin yaralanmasına səbəb olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumları qətiyyətlə pisləyir", - o yazıb.
XİN rəhbəri həmçinin qeyd edib ki, Moldova Azərbaycanla həmrəyliyini ifadə edir, onun suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











