Hər kəs doğum gününü baharda istər, ilin gözəl fəsli, həyatın başlanğıc simvolu olduğu üçün. Baharda doğulan insanların əksəriyyəti emosional olar, həyata daha nikbin “gözlə” baxarlar. Bahar günəşinin şəfəqləri, bahar yağışının şıltaqlığı, göy qurşağının gözəlliyi, günəşi "təqdim edəcək" dumanın qatılığı, quşların öz dilində nəğməsi, segahi, heyvanların öz aləmində etdikləri hərəkətləri belə başqa gözəllikdə olar baharda. Bahar səhərinin başlanğıcı, dan ulduzunun doğuluşu, gecənin qaranlığı belə gəlişiylə göz oxşayar, insanların zəhmət dolu hər səhəri, hər günü əsrarəngiz gözəlliklərlə başlar. Bax, belə bir günde doğulmuşdu Ağaşirin... O Ağaşirin ki, kiçicik ömrüyle adını daha da böyütdü, əsrə yaxın ömür yaşayanların yaşayıb da iz qoymadığı bir əbədiyaşarlılığına möhür vurdu! Məzarıstan, şəhid məzarları, həmişə bahar şəhid "daşları"... Daşlar daşlığıyla gül-çiçək açar, göz yaşları ilə sulanan arzular, torpaq isə bu ömrübaharlanın xatirələrindən yaranan təbəssümlərlə yaşıllanar, çiçək açarlar! Şəhidlərsə donuq şəkillərdən danışarlar ziyarətçilərə:
Nə vaxtsa eləcə çiçəkmişəm mən,
Ne vaxtsa beləcə insanmış o da.
Çiçəklər insanın təbəssümündən,
Daşlar qəzəbindən göyərər bəlkə.

Daşlar yarımqalmış arzuların qəzəbindən göyərərək soyuq, donuq çiçəklər açar məzarıstanda. Bahar öz libasıyla, göy qurşağı rəngləriylə bahar geyimini donuq gözəlliyə sərərək bir istilik, bir canlılıq gətirər məzarıstana. Bahar ömürlüləri güllərin xoş qoxusu, quşların cəhcəh səsi oyadar və gün ərzində təbiətin bütün əsrarəngizliyi məzarıstana da xidmət edər. Qan rənginin rəng verdiyi güllər şəhid balalarının xəfif “örtüyünə” çevrilər...
Babasının şeirlərinin qəhrəmanı

Babası, Qəbələmizin ziyalı, şair oğlu Baba müəllim uşaq şeirlərində nəvələrini də əks etdirərdi... Onun yazdığı şeirləri yada saldıqca təhsilə, vətənpərvərliyə, həyata bağlılığa, insanlığa çağırış ruhlu şeirlərində məhz övladlarına ve nəvələrinə ithaflığın motivlərini xatırlayıram. Elə babanın da belə nevesi olmalı idi - insanlığın zirvesini fəth edəcək qəhrəman əməlli, igid fateh! Ağaşirin Babayev Firuz oğlu 2001-ci ilde Qebelenin Qemervan kəndində doğulmuşdur.
Tərcümeyi-hal

Ailənin tək oğul övladı idi, atanın güvənc yeri, ananın arzu, sevinc toplusu, bacılarının arxa - dayağı, ürək parçası, üzünün gözünün məlahəti, gözəlliyi, ürəyi ilə qəlbinin birgə sevinc tapdığı bir mənbə idi Ağaşirin. Üzlərinə qonan kədəri heç nə əvəz edə bilmir indi və edə də bilməz. Tək təskinliyi onun qəhrəmanlığı, qorxmazlığı haqqındakı məlumatlar, igidliyinə görə layiq görüldüyü medallar. Və ən başlıcası, məzarı hər gün ziyarəti, üstünə hər gün qoyduqları gül dəstələri, onun yaşadığı ömrün hər anının "dil açan" xatirələri. Rayonumuzun bütün təbii gözəlliklərini özündə birləşdirən Qəmərvan kəndində dünyaya gəlmişdi. Ailənin rayon mərkəzinə köçməsi ilə bağlı yaşayış yerini dəyişmiş və şagirdlik çağlarını Qəbələ şəhərində keçirmişdir. 2001-ci il mayın 16-da doğulan Ağaşirin əvvəlcə şəhər 5 saylı, sonra isə 3 saylı məktəbdə orta təhsil almışdır. Hələ orta məktəbdə oxuyarkən ailə vəziyyəti ilə əlaqədar işləyirdi və bərbərlik sənətinə də yiyələnmişdi. 3 bacının bir qardaşı və evin sonbeşiyi olan gənc 2018-ci ildə orta məktəbi bitirdikdən sonra aqrar inkişaf mərkəzində 2 ay könüllü olmuş, sonra şəhər mərkəzindəki mağazada işləməyə başlamışdı. Zəhmətkeş, ailəsinə bağlı bir övlad idi.
2019-cu il iyulun 23-də həqiqi hərbi xidmətə çağrılan Ağaşirin əvvəlcə Ağcabədi rayonunda N saylı hərbi hissədə xidmətə başladı. Xidmət dövründə də hərbi hissədə öz davranışı ilə hörmət qazanmışdı; tez-tez ailəsi ilə əlaqə saxlayırdı. Ailə min bir arzu ilə onun xidmətinin başa çatmasını gözləyirdi.

2020-ci ilin 20 sentyabrında başlanan Vətən müharibəsi qəlbində vətənpərvərlik hissi olan hər bir gəncin əsil kişilik məktəbinə çevrildi. Ağaşirin də məhz bu məktəbin müdavimi oldu. Müharibə başladığı gündən cəbhənin ön xəttində olmuş, rəşadətlə vuruşmuşdu, cəbhənin müxtəlif istiqamətlərində gedən əks hücum əməliyyatlarında iştirak etmişdi. Ailəsi ilə əlaqə saxlayarkən də qalib gələcəkləri haqqında danışar, həmişə yaxşı olduğunu bildirərdi. Sonuncu dəfə 2 noyabrda telefonla danışmış, demişdi: "Ana, özünüzə yaxşı baxın, vaxt tapıb sizə bir də zəng edəcəm". Sonra 16 gün ondan xəbər alınmadı. Şəhid xəbəri noyabrın 18-də ailəsinə bildirildi. Zəfər xəbərini övladının heç bir xəbərini eşitməyən əzizləri belə coşqu ilə qarşılamışdı: ürəklərində min bir istək, əlləri uca Tanrıya uzanmış, dili-ağzı dualı... Ancaq Tanrı verdiyini Tanrı da alır və insanlar içərisində ən yaxşılarını ömrünün də ən yaxşı dövründə öz dərgahına aparır. İllərlə həsrətin sona çataraq Tanrının onlara bəxş etdiyi oğul payının günlərlə axtarışdan sonra, Zəfərdən sonra 18 noyabrda Firuz ata, Əsli ana, 3 boynu bükük bacı böyük bir milli bayrağımıza bükülmüş nəşini qəbul etdilər... 19 noyabrda rayon mərkəzindəki qəbristanlıqda dəfn olundu. Ağaşirin alınan məlumatlara görə, noyabrın 3-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavənd uğrunda" medalları ilə təltif olunmuşdur.
Sindrom

Şəhid şəkillərinə baxarkən onlarla heç danışmısızmı?! Lal baxışlarının "dilini" anlamağı bacarmısınızmı? O baxışları dinləmək və onları cavablandırmaq hünər istər, cəsarət ister... Bu ise her insana xas deyil. O baxışların dərinliyinə getmək, o fidan arzuların, yarım qalmış gələcəyin istəklərini hər kəs oxusa belə, cavablandıra bilməz. Nədən, niyə və məhz mən?! Ancaq onlara ən əsas vahid bir cavab var: halal zəhmətlə böyüyən, qanında vətənpərvərlik sindromu olan, torpağına, ocağına səcdə edən xalqına sevgisi sonsuz olan, böyüyə kiçiyə layiq olduğu ehtiram, sevgini göstərməyi bacaran, vicdanın diktəsini daha üstün tutan, dünyagörüşü yaşadığı ailənin səviyyəsindən formalaşmağa başlayan, vətəndaş məhfumunu hələ körpəlikdən çözməyə çalışan, həyatın hər təsadüfünə, ən adi yaranışlarına, qarşılaşdığı hər hərəkətləri adi yağış damcısının belə hayatına rövnəq verdiyini düşünən kəslərdir şəhadət yolçulan. Bütün bunlar ise onlarda gendəngəlmə, kökdən bəhrələnmədir.

Ot kökü üstə bitər və o zaman kökə bağlanar ki, kökə birləşərkən də, sağlam pöhrə ola! Belələri isə bahar ömürlülər, vətən və xalqı üçün şəhadətə zəvvar olanlar və qovuşanlardır. Məhz Ağaşirində öz kiçicik ömrü ilə əsr yaşayaraq öz tarixini yazdı. Qısa tarcümeyi-hal ilə, böyük imza yazanlardan biri oldu. 44 günlük müharibədə dastan ömrü yaşayan şəhidimizin döyüşduyü günlər, şəhid olub neytral zonada qaldığı hər saat ezizləri üçün əsrə bərabər gün olmuş və bu günlərin hər biri onların qəlb çırpıntılarından yazılmış bir dastana çevrilmişdir. Bu dastanların ünvanı isə nə vərəqlərdir, nə kompüter yaddaşları, onları qəlbləri və göz yaddaşlarıdır.
Bənövşələr kimi...

Ata qəddi əyilər, ana yaşayışı su üzərindəki sabun köpüyünə bənzər. Qardaş köksü daim ağrayan "təzə yaralı", bacılarsa, bacılar sal qayası yıxılmış, daşlar altında əzilən boynubükük bənövşələrə bənzər. Şəhid əzizləri yaşadığı həyatın hər rəngini torpaq və qan rəngində görər qara-qırmızı!.. Yaşarlar onlar həyatı yaşamağa məcbur olduqlan üçün... Axı ömrü Tanrı yazar! İgid şehidinin sağlam və canlı yaşadar onları! Şəhidinin istəklərini heç olmasa yaşada bilsin deyə!..
Könüllərdə yaşar ki....

19 yaş nədir ki... Ancaq bu 19 ilin şahidliyinden sonra 15 gün ərzində ondan xeber tutulmaması və axtarılması onun əzizlərinin və onun ömür salnaməsinə hər günün hər dəqiqəsini bir əsrə bərabər zaman kimi yazdı...yaşlandı şəhidimiz... Bu gün könüllərdə məskən saldı. Məhz bu onun doğum günündə onun ziyarətinə yığışan insanların yazın leysan yağışı altında ona həsr olunmuş tədbirin keçirilməsi zamanı daha bariz şəkildə göründü. Heç kəs yağışdan kənarlaşmadı. Çünki bu göylerin ona göz yaşı idi.... Bu insanların yaddaşının təkrar yuyulması, bəzi unutqanlıq izlərinin yuyulması idi. Şəhidimiz Ağaşirin isə məzar daşındaki şəkilindəki baxışları ilə deyirdi:
Gəldim qarşıladı güllər, çiçəklər,
Gedirəm əl edir boz biçənəklər.

Nidanı çaylara dedi küləklər:
Bulan, salamat qal, ax, salamat qal!
Baharda doğuldu, payızda köçdü bu dünyadan... Yox, dünyadan cismən köçsə də, könüllərdə əbədi məskən saldı bahar ömürlüm! Küləklər əsdikcə, çaylar axdıqca bir sözlə, dünya durduqca nəsillər ötdükcə Ağaşirin də yaddaşlardan addayaraq yeni yaddaşlara köçərək əbədi yaşayacaq!
Bibixanım

Son xəbərlər

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31