Prezident Administrasiyasının idarəçiliyində olan “Azərbaycan” nəşriyyatında uzun illər boyu icarədə olmuş redaksiyaların jurnalist kollektivləri daha bir etiraz aksiyası keçirmək qərarına gəliblər. Bu barədə “Təzadlar” qəzetinin elektron poçtuna göndərilən bəyanatda deyilir. Sitat: “Bu müraciətimizlə bir daha cənab Prezident İlham Əliyevə müraciət edərək düşdüyümüz çıxılmaz vəziyyətlə əlaqədar kömək istəyirik. Belə ki, ötən ay təmir adı ilə boşaldılacaq “Azərbaycan” nəşriyyatında yerləşən redaksiyalara alternativ yer verilmədiyindən, jurnalistlər arasında ciddi narahatlıqlar yaranmışdır, onların peşə fəaliyyəti pozulmaqdadır. Biz iki həftə əvvəl nəşriyyatın qarşısında dinc toplantı keçirərək ölkə rəhbərliyindən kömək istəmişdik. Prezident Administrasiyası səsimizə dərhal reaksiya verdi və bizi Azərbaycan Mətbuat Şurasına dəvət etdilər. Şuranın sədri hörmətli Rəşad Məcidlə geniş müzakirəmiz oldu, o da vəziyyətimizi düzgün qiymətləndirərək kömək ediləcəyini qeyd etdi, təkliflərimizi diqqətə çatdırdıq. Sonra bizə bildirildi ki, təkliflərimizi artıq Prezident Administrasiyasına göndəriblər, cavab gözləyirik və s. Lakin hələ də cavab yoxdur, nəşriyyat rəhbərliyi isə fevralın 27- dək binanı tərk etməyi tələb edir. Bəli, biz də uzun illərdir təmirsiz qalmış nəşriyyatın milli mətbuatımızın adına layiq səviyyədə təmirli və səliqəli olmasını istəyirik. Lakin bizim indi harada fəaliyyət göstərə biləcəyimiz müəmmalı olaraq qalır. Odur ki, nəşriyyatdakı iş yerini tərk edərək alternativ ərazilərə müvəqqəti köçmək imkanı olmayan redaksiyaların jurnalistləri daha bir etiraz aksiyası keçirmək qərarına gəliblər. Onlar harasa köçə bilmirlər, avadanlıqları hələ də nəşriyyatdadır. Məqsədimiz bu dəfə isə odur ki, aidiyyəti qəsmi qurumlar bir daha səsimizə səs versinlər, Azərbaycanın haqq səsini dünyaya yayan biz jurnalistlərə sahib çıxsınlar. Biz jurnalistlər hesab edirik ki, bəzi qurumlarda qələm sahiblərinə qarşı bu cür laqeydlik və düşünülməmiş hərəkətlər etiraza səbəb olmaqdadır. Onlar bunu özləri üçün hörmətsizlik hesab edirlər. Axı necə ola bilər ki, ölkə başçısı, cənab İlham Əliyev mediaya daim diqqət göstərir, çap və elektron media subyektlərinə dövlət büdcəsindən yardımlar edilir, bu biri tərəfdın isə bəzi rəsmi şəxslər, sanki qəsdən bizlərə qarşı məlum mövqeyi nümayiş etdirirlər!

Bu səbəbdən də biz jurnalistlər 24.02.2026-cı il tarixində, saat 12:00-da “Azərbaycan” nəşriyyatının qarşısında etiraz aksiyası keçirmək barədə son qərara gəlmişik. Biz bunun üçün aidiyyəti rəsmi qurumlara elektron müraciətlərimizi də artıq göndərmişik. Nəşriyyatdan tələm- tələsik çıxarılan redaksiyalar onlara əsaslı təmir dövründə müvəqqəti olaraq başqa bir ofis yeri verilməsini və binanı tərk edən redaksiyaların əsaslı təmir işləri başa çatdıqdan sonra əvvəlki iş yerlərinə geri qaytarılacaqlarının təmin olunmasını xahiş edirlər.

Biz jurnalistlər fəaliyyətimizi davam etdirməkdən ötrü müvəqqəti olaraq alternativ məkana köçmək üçün dövlət başçısı cənab İlham Əliyevə ünvanlı olan və Prezident Administrasiyasına xeyli əvvəl göndərdiyimiz müraciətlərimizə baxılmasını və cavab verilməsini, eləcə də Azərbaycan Mətbuat Şurasından təqdim edilmiş təkliflərin nəzərə alınmasını xahiş edirik. Aksiyamızda da bu xoş niyyətimizi ifadə edərək, cənab Prezidentdən kömək göstərilməsini xahiş edəcəyik”.

İnanırıq ki, uzun illər ərzində “Azərbaycan” nəşriyyatında icarədə olmuş, indiyədək külli miqdarda icarə haqqı ödəmiş media subyeklərinə bu çətin və məsuliyyətli dönəmdə lazımi köməklik göstəriləcək.

“Təzadlar”

Son xəbərlər

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31