Onun haqqında öyrəndikcə ürək ritmlərim dəyişirdi.İlk baxışda o qədər də zəngin tərcümeyi- halı yox. Amma bu ilk baxışda...Onun həyat hekayəsində hər günü bir dastan kimi. Yarım qalmış arzuları hər biri həzin, hüznlü bir hekayə . Zəhmətin, halallığın " üzüntülü" bir melidiyası... Bu həyatda yazılan " inşa- essedə" durğu işarələrindən ən çox işlənən üç nöqtə, sonra sual , vergül ; nidalarsa tək bir dənə! Dil qrammatikasını bilən hər kəs bu durğu işarələrinin məna və ifadə çalarlarını yəqin ki bilir.Nədən? Kaş ki... sözləri həyat hekayəsinin sujet xətti sanki...Bu sözlər insanı o qədər düşündürür ki...Bu sözlər tale yazısına üsyan kimi səslənsə də, " Allahın yazdığı yazı" düşüncəsi ilə insan özünə bu çırpıntılar arasında bir sərinlik tapır.
İnsanları yaşadan onların ümid dolu arzularıdır. Arzu arzudan doğur və bir arzuna yetincə o birini düşünürsən. Əgər o arzulara yetə bilmirsənsə, məyusluq içində növbəti arzunun həyata keçməsi ümidi , inamı ilə həyata davam edirsən. Həyatın isə o qədər acımasız qanunları var ki...
Halal çörək yeyənlərin mədəsini çox zaman ümid işıqları, inam hissləri " doydurar". Bax , bizim Elşən kimi... Ata əllərinin qabarı ilə ailəsinin ruzusunu qazanırdı. Ana bu halal ruzunu öz ölçü qanunu ilə ailəsinin yaşamına sərf edirdi. Ailə hər gün öz ruzusuna " şükr" edər, sabahkı günü fikirləşərdi . Nə qədər fikirləşsə də " bu günündən " kənara " çıxa bilmirdi". Gələcək gözəl günlər üçün xəyallar qura - qura yaşayır, yaşlanırdı...

Mən bir fidan pöhrəydim...


Elşən Dəmirli 1998- ci il oktyabrın 15- də Qəbələ rayonunun Nic qəsəbəsində anadan olmuşdur. Elə orta təhsilini də Nic qəsəbə 3 saylı orta məktəbində almışdır. Hələ orta məktəbdə oxuyarkən müəllimlərinin və məktəbli dostlarının hörmətini qazanmışdı. Uşaqlığı " dəcəl" sayılsa da , doğrucul , mehriban və qayğıkeş biri idi. Anası Könül xanımın söhbətlərindən, həm də bu ailəni yaxından tanıyan insanlardan öyrənmişdim ki, Elşən saf xislətli bir uşaq olub.
Məlumdur ki, halal zəhmətlə böyüyən uşaqlar ailənin yaşayış tərzinə əsasən bir çox arzularını ürəklərinə gömər, gələcəkdə bu arzuları həyata keçirəcək ümidi və inamı ilə böyüyərlər. Orta məktəbi bitirərkən məktəbdə sonuncu siniflər üçün keçirilən məktəblə vida məclisi və tədbiri məzunlar üçün çox maraqlı və arzuolunan bir görüş sayılır. Elşən o tədbirdə iştirak edə bilməmiş, valideynlərinin sıxılmaması üçün sonda iştirak etməmək üçün bəhanələr söyləmişdi. Axı belə tədbirə getmək üçün " hərtərəfli" hazırlaşmaq lazım idi...
İnsan həyatında təkrarolunmayacaq hadisələr nəyin bahasına olursa olsun, məramından asılı olmayaraq, mümkün olduğu qədər dəyərləndirilməlidir. O son zəngə getməməsinin səbəbi ailənin maddi çətinliyi olmuşdu. Ətraf mühit də bəzən laqeyd olarsa , sonrakı peşimançılıq insanın ürəyinə, gözlərinin dərinliyinə həkk olur. Bəzən isə bu , zaman keçdikcə insanı qəlbən acıda bilir. Bu gün Elşənin o vida tədbirində iştirak edə bilməməsi ananın ürəyini daha çox acıdır, param parça edir.
Ailədə böyüyən uşaqlar çox çətinliklərlə qarşılaşaraq böyümüşdülər. ailədə olan 3 övladdan ən böyüyü idi Elşən. Özündən kiçik bacıları ilə birgə ailəyə həmişə yaxın, təsərrüfat işlərində də köməkçi olardılar.
Elşən 2016- cı ilin oktyabrında həqiqi hərbi xidmətə getmiş, Naxçıvanda N saylı hissədə qulluq etmiş, kəşfiyyatçı kimi xidməti borcunu başa vurmuşdu. Hələ xidmət dövründə dəfələrlə ailəsinə zəng edib hərbiçi olmaq, xidmətdən əlavə hərbidə qulluq etmək istədiyini bildirsə də valideynləri razılaşmamışdı və bu onu xüsusilə atasından incik salmışdı... Əsgəri xidmətdən gələn sonra Elşən 2 ay fəhlə işləyir, ancaq hərbi forma geyinmək arzusu onu rahat buraxmırdı.

Harda işləsə orada özünə məxsusi hörmət qazanırdı Elşən.Əsgıri xidmətdən qayıdan kimi ilk növbədə müəllimlərini və ailəsinin belə heç ünsiyyətdə olmadığı həmkəndlilərini gedib ziyarət etmişdi. Atasına deyə bilməsə də Elşən hərbi hissəyə təkrar qayıtmaq arzusunu qohum- qonşuya deyər, atasını eazı salmaq üçün çalışardı.Nəhayət atası onun bu arzusunu yarım qoymaq istəmədi və Elşən 2 aylıq kurs keçdikdən sonra 708 nömrəli hərbi hissədə kəşfiyyatçı- hərbiçi kimi işə başladı.O işlədiyi dövrdə tez- tez valideynlərini ziyarətə gələrdi.
Elşən ata ocağına son dəfə iş yoldaşları ilə sentyabrın 5- də gəlmişdi. Oradan bir - iki çanta paltarlarından gətirmiş və anası onları yuyub hazırlamışdı. Qalın paltarları tam qurumadığı üçün onları qışda görürəcəyini demişdi. Elşən qəsəbədə qohum- qonşularla , bacıları ilə görüşmüş, halallıq almışdı. Həmişə olduğu kimi yenə döyüş, müharibə, düşməni məhv etmək haqqında söhbətlər edəndə atası diz çöküb ondan özünü qorumasını,həmişə ağılla hərəkət etməsini xahiş etmiş, onu Allaha əmanət etmişdi. Hərbi formasını çox sevən və həmişə formasına belə hörmət edən oğlunu bu formada ata da çox sevmişdi, ona yaraşdığını hiss etmişdi. Son gəlişində Elşən valideynlərinə daha yaraşıqlı görünmüşdü. Anasının dediyinə görə , sanki onun üzünə həmişəkindən daha çox nur qonmuşdu. Ata oğlunun üzünə belə doyunca baxmamış, üzündən öpməmişdi- " gözüm dəyər" düşüncəsi ilə. Ancaq Elşən başına gələcəkləri hiss edirmiş kimi vətənpərvərlik, şəhidlik haqda çox danışmış , sanki əzizlərini bu ada hazırlamışdı...
Elşən hələ həqiqi hərbi xidmətdə olduğu dövrdə ailəsinə yazmışdı ki, heç vaxt arzulamazdım ki, maşınım ,çoxlu pulum olsun, bir arzum hərbi forma geymək,kəşfiyyatçı olmaqdır. Elşən kəşfiyyatçı sözünün arxasındakı mənanı izah etməzdi soruşan olanda, bu hərbiçilərin ən mühüm işi deyə düşünərdi... O həqiqi hərbi xidmətə gedəndə oxuduğu orta məktəbə gedərək direktordan Azərbaycan bayrağını götürmüş, şəkil çəkdirmişdi. Bayraq sevgisi onu hərbi xidmətə sevinclə xidmət etməyə sövq etmişdi. Hərbi xidməti dövründə isə Vətənə vətənpərvər, güclü oğullar lazım olduğunu,əsir olan vətən torpaqlarını vətəni canından çox sevən oğulların döyüş yolu ilə ala biləcəyini düşündüyü üçün təkrar, hərbidə əlavə xidmət etmək istəmişdi. Qəlbində qalaq- qalaq yığılmış arzularının yalnız birini, hərbçi olmaq istəməsini reallaşdırmışdı Elşən. Həmişə ata - anasına arxa - dayaq olduöunu anasına söylərdi.
Burnuma şəhid qoxusu gəlir

Qarşımda bir əsgərin videosu var. Ona baxdıqca dəfələrlə baxa - baxa bu sözləri oxuyuram: " Fikirləş ki, bir güllə səsi və sonda bir söz...Vətən sağ olsun!".Bu əsgər formalı gənc görkəmi ilə, düşüncələri ilə də Elşən idi. O Elşən ki, əzizlərinin boyunu, çöhrəsini belə doyunca oxşamağa qıymadığı bir igid oğul. Ürəkli şəkil belə çəkdirmək istəməzdilər, " balamıza gözümüz dəyər deyə..."
Hələ körpəlikdən arzuları yarım qalan bir uşaq...sevgisi gözlərinin qarasında itən bir gənc...Vətən sağ olsun deyən bir mərd hərbçi...
Bibisigildə sentyabrda qonaq olarkən dediyi sözlər düşüncələrində sanki şəhadət yolunun izlərini ona bəyan edirmiş...Bilirsiniz nə demişdi? Müharibədən söz düşəndə müharibənin labüd olduğunu bilsə də bu haqda danışmamış, ancaq bibisinə : " Burnuma şəhid qoxusu gəlir!" - demişdi. Bibisi onu töhmətləndirdikdə isə demişdi ki, o qoxunu heç kəsə izah etmək olmur, o qoxu başqadır...

Hərbi xidmətdə olarkən həmişə Elşən hərbi hissə rəhbərliyi tərəfindən intizamlılığı, tapşırıqlara düzgün əməl etməsi ilə fərqlənib və valideynləri onun haqda həmişə fəxarətli söhbətlər eşitmiş, qürur duymuşlar. Məmməd Araz şeriyyətində deyilir ki:
Qapılma şöhrətlər, tapılma şanlar,
Kiminə yəhərdi, kiminə şallax.
Yüzü haxlayanlar, yüzü aşanlar,
Yenə də dünyadan uzaq getdilər...

Ancaq Elşən bahar ömrü ilə həm doğulduğu qəsəbədə, həm də hərbi hissədə, bir sözlə , bütün əhatə dairəsində hörmət qazanmış, bütün nəslinə fəxr ediləcək, qürur duyulacaq bir gənc kimi yetişmişdi.
Zirvələrə yol alarkən

Həqiqətən insanın tanınması üçün uzun ömür yaşaması şərt deyil. Ən ümdəsi odur ki, yaşadığın ömür mənalı olsun, insanların həyat tərzinə müsbət mənada təsir, əhatəsində fayda və nikbinlik əmsalı olsun. Qəhrəmanlıq da illərə bərabər olmaya bilər, ancaq anında elə bir insanlıq, vətənpərvərlik hərəkəti edilə bilər ki, bu tarixə düşəcək bir hadisə ola bilər, o , insanın əməlini əbədiləşdirər. Elşən Dəmirli məhz belə bir xarakterin sahibi idi. O 2020- ci ilin sentyabrın 27- dən döyüşlərə qatıldı. O, Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib . Sentyabrın 28- də Talış, Suqovuşan istiqamətində gedən döyüşlərdə döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olmuşdur. Onu da qeyd edək ki, Elşən əvvəlki gün qıçından yaralanmış, komandanlıq onu döyüşlərdən azad etsə də o, yoldaşlarından ayrılmaq istəməmiş,döyüşlərə qatılmışdı. Elşən ölümündən sonra " Vətən uğrunda", Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Arzularını həyata keçirirdi Elşən. Hərbi geyimin sahibi oldu, hərbiçi işlədi, kəşfiyyatçı oldu, ata- anasına fəxr - fəxarət verə biləcək bir oğul kimi yaşadı.Şəhidlik qoxusunu hiss etdi- bu vətənə, torpağına, xalqına olan sevgisinin aliliyi idi , vicdanının saflığı, böyüklüyü idi, iradəsinin möhkəmliyi, qorxmazlığının son həddi idi. " Vətən sağ olsun! " kəlmələrinin və onun sonundakı nida işarəsinin həqiqi mənası idi! Bu Şəhidlik adı idi . " Oğlun şəhid olub, Vətən sağ olsun! " - sözləri yazılmış məktubu Elşən hələ həqiqi hərbi xidmətdə olarkən anasına göndərdiyi "ANA" şeri məktubunda yazmışdı. Onun həyatının nidası bax bu idi! Arzularının hamısı o biri durğu işarələri ilə ömrünə " həkk" olunsa da , tək bu nidanı seçdi və onu reallaşdırdı Elşən! Elə bil gələcək həqiqəti duymuşdu, bilmişdi. Bu isə onun düşüncələrinin reallıq nöqtəsi idi, yəni həqiqətin doğru üzü...
Elşən Dəmirli zirvələrə yol aldı...gənc ömrü ilə, bu ömrü də zirvələrdə əbədiləşdirdi...
Məkanın cənnət olsun, Şəhidim!

BİBİXANIM.

Son xəbərlər

Astananın sərgi mərkəzində Azərbaycan pavilyonu açılıb

"Maliyyə icarəsi haqqında" qanun layihəsi plenar iclasa tövsiyə edilib - YENİLƏNİB

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Yağıntılar intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Sabahdan Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq

Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib

Xəzər dənizində zəlzələ olub

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan Kuboku: İkinci finalçı "Sabah" - "Qarabağ" oyununda müəyyənləşəcək

BİZİM TƏQVİM:Aprelin 22-də baş vermiş tarixi hadisələr

Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Pentaqon Çinə qarşı təxminən 12 milyard dollar ayırmağı planlaşdırır

Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı

SEPAH həmin ölkələri hədələdi

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb

Qorbaçov və Reyqanın görüşdüyü villa milyonlarla dollara satıldı (FOTO)

“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb

Sezon finalı tarixi açıqlandı

Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb

700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub

ABŞ-nin Vitse-prezidentinin Pakistana səfəri ləğv edilib

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

“Bu qədər futbolçunun haqqını yedi”

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930