Xəbərlər
27.10.2025, 12:52
HƏYATIN ƏZƏMƏTİ SEVGİDƏN, SÖZÜN GÖZƏLLİYİ MƏHƏBBƏTDƏN DOĞUR... - FOTOLAR
Elxas Comərd
Azərbaycan Yazıçılar Birliyinin,
“İti Qələm” Respublika Ədəbi Birliyinin
və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü.
Hər dəfə yaradıcılığını diqqətlə izlədiyim şair dostum Hənifə Alışanoğlunun (Küskün) şeirləri ilə rastlaşanda, nədənsə gözümün önündə Mikayıl Müşfiqin “Həyat sevgisi” şeirindən o unudulmaz bənd canlanır:
Gənc yaşında amansız repressiyanın qurbanına çevrilmiş Müşfiqin bu misraları həyat eşqinin, insanın yaşamaq istəyinin poetik zirvəsidir.
Elə Hənifə Alışanoğlunun yaradıcılığında da həmin ruh — həyat eşqinin, yaşamaq sevinci və insani duyğuların saflığı hiss olunur. Onun şeirlərində məhəbbət, sevinc, kədər və ümid o qədər səmimi ifadə olunur ki, bu hissləri duymamaq mümkün deyil.
Şairin poeziyasına diqqət yetirdikdə görürük ki, onun yaradıcılığının əsas rəngi məhz məhəbbətdir — bu məhəbbət təkcə bir insana deyil, həyata, təbiətə, yaddaşımıza, duyğularımıza yönəlib. Elə bil, həyat eşqi Hənifə Alışanoğlunun yaradıcılıq kredosudur.
Böyük Nizaminin sözləri yada düşür:
Bəli, həyatın əzəməti sevgidən, sözün gözəlliyi məhəbbətdən doğur.
Bu baxımdan, şairin “Məhəbbət şairi deyirlər mənə” şeiri onun poetik “mən” dünyasının açarı kimi görünür. Hər dəfə bu şeirlə qarşılaşanda onu sakit oxuya bilmirəm. Misraların içində insan ömrünün ağrı və işıq dolu mənzərəsini bir daha yaşayıram.
Hənifə Alışanoğlunun poeziyası, bir ömür qismətinin yaşatdığı ağrıların içində belə, həyat eşqinin gücünü göstərir:
Fələyin amansızlığından sonra kövrək xatirələrinin içində, dəli-dolu cavanlığını xatırlayan şair, ümidsizliyin içində öz gəncliyini səsləyir:
Hər şeyin gözündə əriyib itdiyi, zəhmətinin hədər getdiyi bir vaxtda şair yalnız xatirələrinin qanadında təsəlli tapır. Həyatın bu keçici anlarında yenə də sevginin, məhəbbətin ona bəxş etdiyi ruhla yaşayır:
Fransız şairi Şarl Bodlerin belə bir fikri yada düşür:
“Bir gün ürəyincə yaşamaq, yüz il sürünə-sürünə yaşamaqdan yaxşıdır.”
Elə Hənifə Alışanoğlu da bu duyğunu poetik dillə belə ifadə edir:
Dünyanı ona versələr də, bu sevincin əvvəlki kimi çağlamamasından kədərlənir.
Van Qoqun dediyi kimi, “başqalarının halına yana bilən insan yaşamağa layiqdir.”
Hənifə Alışanoğlu da bu mənada yaşamağa layiq bir insandır. Onun bir çox şeirlərində insan ağrısına yanmaq, başqasının dərdini öz dərdi kimi duymaq güclü şəkildə hiss olunur.
Məsələn, “İki damla göz yaşı” şeirində bir cavan gəlinin ölümünə həsr etdiyi misralar oxucunun qəlbinə işləyir:
Şairin dili burada da sadə və səlistdir. Oxucu həmin ağrını onunla birgə yaşayır:
Bu misralar həyatın İlahi hikmətinə boyun əymək duyğusunu ifadə edir:
Və nəhayət, şairin insan taleyinə mərhəmətlə baxışı bu misralarda daha da dərinləşir:
Hənifə Alışanoğlunun rəngarəng yaradıcılığında bu duyğu — başqasının ağrısına yanmaq, insan taleyinə biganə qalmamaq — xüsusi yer tutur.
Onun “Yoxsa, dünyanın sonudur” şeirində isə şair sanki bütün bəşəriyyətin ağrısını dilə gətirir. Cəmiyyətin eybəcərləşən mənzərəsini poetik dillə ifadə edir:
Bu misralarda şair insanın öz mahiyyətindən uzaqlaşmasını, nəfsin əsarətinə düşməsini ilahi bir sual kimi qələmə alır.
Yaradılmışların ən şərəflisi olan insanın dəyəri — Nizaminin dediyi kimi — Yaradanla mənəvi və ruhi təmasda gizlidir.
Hənifə Alışanoğlu da bu təmasa sahib olan, insan ağrısını duyan və onu sözə çevirə bilən nadir şairlərimizdəndir.
Onun poeziyası — sevginin, mərhəmətin və inamın dili, insanı insan edən duyğuların poetik salnaməsidir.

Şair dostumuz Hənifə Alışanoğlunun yaradıcılığında duyub yaşadıqlarım və insanı həyata bağlayan ən saf duyğularla bol sevgi dolu məhəbbət...
Hər dəfə yaradıcılığını diqqətlə izlədiyim şair dostum Hənifə Alışanoğlunun (Küskün) şeirləri ilə rastlaşanda, nədənsə gözümün önündə Mikayıl Müşfiqin “Həyat sevgisi” şeirindən o unudulmaz bənd canlanır:
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Gənc yaşında amansız repressiyanın qurbanına çevrilmiş Müşfiqin bu misraları həyat eşqinin, insanın yaşamaq istəyinin poetik zirvəsidir.
Elə Hənifə Alışanoğlunun yaradıcılığında da həmin ruh — həyat eşqinin, yaşamaq sevinci və insani duyğuların saflığı hiss olunur. Onun şeirlərində məhəbbət, sevinc, kədər və ümid o qədər səmimi ifadə olunur ki, bu hissləri duymamaq mümkün deyil.
Şairin poeziyasına diqqət yetirdikdə görürük ki, onun yaradıcılığının əsas rəngi məhz məhəbbətdir — bu məhəbbət təkcə bir insana deyil, həyata, təbiətə, yaddaşımıza, duyğularımıza yönəlib. Elə bil, həyat eşqi Hənifə Alışanoğlunun yaradıcılıq kredosudur.
Böyük Nizaminin sözləri yada düşür:
“Arasaq dünyanın oluşunu,
Eşqdə taparıq duruşunu.”
Eşqdə taparıq duruşunu.”
Bəli, həyatın əzəməti sevgidən, sözün gözəlliyi məhəbbətdən doğur.
Bu baxımdan, şairin “Məhəbbət şairi deyirlər mənə” şeiri onun poetik “mən” dünyasının açarı kimi görünür. Hər dəfə bu şeirlə qarşılaşanda onu sakit oxuya bilmirəm. Misraların içində insan ömrünün ağrı və işıq dolu mənzərəsini bir daha yaşayıram.
Hənifə Alışanoğlunun poeziyası, bir ömür qismətinin yaşatdığı ağrıların içində belə, həyat eşqinin gücünü göstərir:
Nə yaman ağırmış fələyin daşı,
İçimə tökülür gözümün yaşı,
Büdrəyib aşıram hər addımbaşı,
Yıxılıb təzədən qalxa bilmirəm.
İçimə tökülür gözümün yaşı,
Büdrəyib aşıram hər addımbaşı,
Yıxılıb təzədən qalxa bilmirəm.
Fələyin amansızlığından sonra kövrək xatirələrinin içində, dəli-dolu cavanlığını xatırlayan şair, ümidsizliyin içində öz gəncliyini səsləyir:
Hər şey gözlərimdə əriyib itir,
Gül əkdiyim yerdə qanqallar bitir,
“Dəli” cavanlığım məni tərk edir...
Daha şimşək olub çaxa bilmirəm.
Gül əkdiyim yerdə qanqallar bitir,
“Dəli” cavanlığım məni tərk edir...
Daha şimşək olub çaxa bilmirəm.
Hər şeyin gözündə əriyib itdiyi, zəhmətinin hədər getdiyi bir vaxtda şair yalnız xatirələrinin qanadında təsəlli tapır. Həyatın bu keçici anlarında yenə də sevginin, məhəbbətin ona bəxş etdiyi ruhla yaşayır:
Bir zaman dillərdə dastan olmuşam,
Sözümlə, şeirimlə bir doğulmuşam,
İndi boynubükük yetim bir quşam,
Dönüb ətrafıma baxa bilmirəm.
Sözümlə, şeirimlə bir doğulmuşam,
İndi boynubükük yetim bir quşam,
Dönüb ətrafıma baxa bilmirəm.
Fransız şairi Şarl Bodlerin belə bir fikri yada düşür:
“Bir gün ürəyincə yaşamaq, yüz il sürünə-sürünə yaşamaqdan yaxşıdır.”
Elə Hənifə Alışanoğlu da bu duyğunu poetik dillə belə ifadə edir:
“Məhəbbət şairi” – deyirlər mənə,
Elə bil dünyanı veriblər mənə.
Bu dünya gözümdə dönüb tərsinə...
Coşqun dağ çayıtək axa bilmirəm.
Elə bil dünyanı veriblər mənə.
Bu dünya gözümdə dönüb tərsinə...
Coşqun dağ çayıtək axa bilmirəm.
Dünyanı ona versələr də, bu sevincin əvvəlki kimi çağlamamasından kədərlənir.
Van Qoqun dediyi kimi, “başqalarının halına yana bilən insan yaşamağa layiqdir.”
Hənifə Alışanoğlu da bu mənada yaşamağa layiq bir insandır. Onun bir çox şeirlərində insan ağrısına yanmaq, başqasının dərdini öz dərdi kimi duymaq güclü şəkildə hiss olunur.
Məsələn, “İki damla göz yaşı” şeirində bir cavan gəlinin ölümünə həsr etdiyi misralar oxucunun qəlbinə işləyir:
Bir acı xəbərə oyandı kəndim,
İki körpə uşaq qaldı anasız.
Bir cavan ananın nağılı bitdi...
Çox ağır sınaqdı – çətin, amansız.
İki körpə uşaq qaldı anasız.
Bir cavan ananın nağılı bitdi...
Çox ağır sınaqdı – çətin, amansız.
Şairin dili burada da sadə və səlistdir. Oxucu həmin ağrını onunla birgə yaşayır:
Ölüm haqdan gələn bir göstərişdir,
Onun qarşısını almaq çox çətin.
Nə qoca tanıyır, nə cavan bilir...
Yolu ağır olur əbədiyyətin!
Onun qarşısını almaq çox çətin.
Nə qoca tanıyır, nə cavan bilir...
Yolu ağır olur əbədiyyətin!
Bu misralar həyatın İlahi hikmətinə boyun əymək duyğusunu ifadə edir:
Hələ nə görmüşdü bu cavan gəlin,
Hələ çox arzusu göyərməmişdi.
Amma nə deyəsən, ağırdır vallah...
Getdi bu dünyadan – ağır gedişdi.
Hələ çox arzusu göyərməmişdi.
Amma nə deyəsən, ağırdır vallah...
Getdi bu dünyadan – ağır gedişdi.
Və nəhayət, şairin insan taleyinə mərhəmətlə baxışı bu misralarda daha da dərinləşir:
Deyirlər, bir anlıq açıb gözünü,
Sağına, soluna həsrətlə baxdı.
Gözündə toplanan iki damla yaş
Solğun yanağından süzülüb axdı.
...Ağlaya-ağlaya dünyaya gələn,
Ağlaya-ağlaya köçür dünyadan!
Bu bir möcüzədir, Tanrıya bağlı,
Belə qanun qoyub Ulu Yaradan!
Sağına, soluna həsrətlə baxdı.
Gözündə toplanan iki damla yaş
Solğun yanağından süzülüb axdı.
...Ağlaya-ağlaya dünyaya gələn,
Ağlaya-ağlaya köçür dünyadan!
Bu bir möcüzədir, Tanrıya bağlı,
Belə qanun qoyub Ulu Yaradan!
Hənifə Alışanoğlunun rəngarəng yaradıcılığında bu duyğu — başqasının ağrısına yanmaq, insan taleyinə biganə qalmamaq — xüsusi yer tutur.
Onun “Yoxsa, dünyanın sonudur” şeirində isə şair sanki bütün bəşəriyyətin ağrısını dilə gətirir. Cəmiyyətin eybəcərləşən mənzərəsini poetik dillə ifadə edir:
Namusu, qeyrəti qoyduq qumara,
Çox ürək içindən bağladı yara.
Vallah, üz tutmuşuq qaranlıqlara —
Yoxsa, bu dünyanın sonudur, Allah?!
Çox ürək içindən bağladı yara.
Vallah, üz tutmuşuq qaranlıqlara —
Yoxsa, bu dünyanın sonudur, Allah?!
Və davamında:
Yalan üzə gülür, doğru deyirik,
Düzə inanmayıb, oğru deyirik.
Halal əvəzinə haram yeyirik...
Yoxsa, bu dünyanın sonudur, Allah?!
Oğul anasına ağıl öyrədir,
Sən sağa deyirsən, o sola gedir.
Sükanı əlindən buraxıb nədir?
Yoxsa, bu dünyanın sonudur, Allah?!
Daha həyası yox, üzü qızara,
Pərəstiş edirik lüt-üryanlara.
Görəsən, bu gediş aparır hara?
Yoxsa, bu dünyanın sonudur, Allah?!
Əli Quran üstə dili çaşan var,
Bircə meyvə üçün çəpər aşan var.
Çoxalıb halala haram qatanlar...
Yoxsa, bu dünyanın sonudur, Allah?!
Yalan üzə gülür, doğru deyirik,
Düzə inanmayıb, oğru deyirik.
Halal əvəzinə haram yeyirik...
Yoxsa, bu dünyanın sonudur, Allah?!
Oğul anasına ağıl öyrədir,
Sən sağa deyirsən, o sola gedir.
Sükanı əlindən buraxıb nədir?
Yoxsa, bu dünyanın sonudur, Allah?!
Daha həyası yox, üzü qızara,
Pərəstiş edirik lüt-üryanlara.
Görəsən, bu gediş aparır hara?
Yoxsa, bu dünyanın sonudur, Allah?!
Əli Quran üstə dili çaşan var,
Bircə meyvə üçün çəpər aşan var.
Çoxalıb halala haram qatanlar...
Yoxsa, bu dünyanın sonudur, Allah?!
Bu misralarda şair insanın öz mahiyyətindən uzaqlaşmasını, nəfsin əsarətinə düşməsini ilahi bir sual kimi qələmə alır.
Yaradılmışların ən şərəflisi olan insanın dəyəri — Nizaminin dediyi kimi — Yaradanla mənəvi və ruhi təmasda gizlidir.
Hənifə Alışanoğlu da bu təmasa sahib olan, insan ağrısını duyan və onu sözə çevirə bilən nadir şairlərimizdəndir.
Onun poeziyası — sevginin, mərhəmətin və inamın dili, insanı insan edən duyğuların poetik salnaməsidir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay