Dəyərli dostlar, bu gündən başlayaraq Xocalı soyqırımına həsr etdiyim "Dünya hara baxır görən?!" adlı poemamdan hissələri müəyyən ixtisarla səhifəmdə yerləşdirməyə qərar verdim. Fikirləriniz mənim üçün qiymətlidir.
Xəlil Mirzə
Dünya hara baxır görən?!
( poema, ixtisarla)
1.Xocalı dərdi.
(proloq əvəzi)
…Bir aran bölgəsində,
Yayın qızmar çağında,
Uçuq-sökük bir evin
Büzşüb bucağında
Bir ana sızlayırdı,
Dörün ən acı dərdi
Xırıltılı səsində:
-Xocalım ooy, Xocalım ooy!..

Bu dərd Xocalı dərdi!
O dəhşətli gecənin
Quduz məngənəsindən
Möcüzəylə qurtarmış
Ananın sinəsində
əbədi bir iz salmış
Bu dərd – Xocalı dərdi!

Qucağında ananın
xəstə, şikəst körpəsi
çığırıb-ağlayırdı,
yorulub, əldən düşüb
hərdən yuxulayırdı.
Körpə həmən o anın-
O dəhşətli gecənin
Bədbəxt yadigarıydı.
Yuxuya gedən təkin
Öz körpə yuxusunda
O anı yaşayırdı-
Diksinib oyanırdı…
-Xocalım ooy, Xocalım ooy!..

O dəhşətli gecənin
Amansız bir anında
Qaçhaqaç düşən zaman,
Göydən alov yağanda,
Ananın qucağında
Onun körpə budunu
Qəlpə parçalamışdı,
Ana tapmamış aman
Quduz düşmən gülləsi
Onu da aramışdı…
-Xocalım ooy, Xocalım ooy!..

Bilməyirdi nə qədər
Meşədə, qarın üstə
O, taqətsiz qalmışdı,
Əl-ayağı donmuşdu.
Bilməyirdi nə vədə,
Kim olmuşdu xilaskar.
Bircə inu bilirdi,
Körpəsi sağ qalmışdı,
Bir neçə ay keçmişdi,
Yarası sağalmışdı…

Bir də onu bilirdi,
Ayağından körpəsi,
Qəlbindən isə özü-
Ömürlük, hər ikisi
Şikəst idilər daha.
Dua edib Allaha
Qəlbi yaralı ana,
Dərdli, bəlalı ana
Xocalının uğrunda
Düşmənlərlə döyüşən
Oğlunu gözləmişdi,
ərini gözləmişdi…

…və sonralar bilmişdi-
Qanlı, ağır döyüşdə
Hər ikisi sonacan,
Qorxmuş, çaşmış əhali
Şəhərdən çıxanacan
Mərdliklə döyüşmüşdü.
əri həlak olmuşdu…
oğlundan xəbər yoxdu,
bilən yoxdu ölmüşdü,
bilən yox sağ qalmışdı…
İndi şikəst körpəsi,
Sığınacaq tapdığı
Uçuq-sökük koması,
Bir də acı naləsi
Həmdəmiydi ananın.

Ərinin məzarını
Yağılar tapdaq etmiş,
Oğul dərdi ananın
Ürəyini dağ etmiş,
Qəlpə didib-dalamış
Ayağı yer tutmayan
Yaşı 5-i adlamış
Şikəst qızını onun
O gecə bədbəxt etmiş…
Bir gecənin bu qədər
Acı dərdləri vardı,
Xocalının nə qədər,
Neçə dərdləri vardı?..
-Xocalım ooy, Xocalım ooy!..

Ağlayırdı ana hey,
Sızlayırdı ana hey:
-Allah, belə ömrü sən
Niyə mənə vermisən?
Həyatdan bac almamış,
Bığ yeri qaralmamış
Bircə oğul balamı
Niyə mənə vermirsən?
Hanı bəxtim, muradım?
İndi onun ər adın
Yağı tapdaqlarıyla
Niyə murder edirsən?
Allah, bu haqsızlığa
Axı niyə dözürsən?!..
İndi bu şikəst qızı
ərsiz, yurdsuz böyüdüm?
Allah, mən ver ölüm,
Oğlumu qaytar barı!
Qızımın bu dərdinə
Bir çarə axtar barı!
-Xocalım ooy, Xocalım ooy!..

Yaxınlaşıb Anaya
Təsəlli verdim ona:
-Səbirli ol, ay ana!
Ümidli ol, ay ana!
Ulu Tanrı oğlunun
Yetişsin imdadına!
Ömür-gün yoldaşının
Qəbri nur ilə dolsun!
Körpə yadigarının
Allah köməyi olsun!
Üzür səni bu halət,
Bu qüssə nə, cəfa nə?
Hələ son deyil həyat.
Soyuq-soyuq üzümə
Baxıb soruşdu ana:
-Heç ömründə bircə kərə
Ölmüsənmi
Ölənlərin əvəzinə?
Bu eyham, bu kinayə
Qurutdu boğazımı,
Açammadım ağzımı.
Unutdum bir anlığa
Gəlişimin məğzini,
Həya tərlətdi məni.
Ananın titrək səsi
Ürəyimə biz oldu,
Tüklərim biz-biz oldu.
Sual etdi ana yenə:
-Ölmüsənmi bircə kərə
Ölənlərin əvəzinə?
Davam etdi söhbətinə:
-Ölürəm mən
Ölürəm mən neçə kərə
Hər gün, hər gün
Xocalının əvəzinə.
Ölürəm mən itkin düşmüş
Tək oğlumun əvəzinə.
Ölürəm ki, o, yaşasın.
Ölürəm mən
Bədbəxt, şikəst
Bu qızımın əvzinə.
Şəhid olmuş ilk bəxtimin
Yağılara tapdaq olmuş
Məzarının əvəzinə
Ölürəm mən.
Ölürəm ki, baxım ordan,
Görüm axı, ölüm nədir?
Gedib, şəhid olanların
Ruhlarına baxım ordan.
O ruhlara qovuşmaqçın
Ölürəm mən.
Ordan dünyaya baxmaqçın
Ölürəm mən.
Heç olmasa,
qalanları yaşatmaqçın
Ölürəm mən.
Adlarını kişi qoymuş
Bu torpağı satanların
o dünyada yerlərini dar etməkçin
ölürəm mən.
torpağa xor baxanların
ürəyini xar etməkçin
ölürəm mən.
Ölürəm ki, mən də görüm,
Görüm mənim igid ərim
Öldü necə,
Görüm, igid ölənlərim
Ömürlərin sənlə, mənlə
Böldü necə.
Gedim, görüm Xocalıda
Günəş indi çıxır necə…
Bir gecənin bu qədər
Acı dərdləri varmış.
Xocalının nə qədər,
Neçə dərdləri varmış?..
2.Xocalıdan gələn səslər.
Xocalıdan gələn səslər
Gecə-gündüz məni səslər,
Xocalıdan gələn səslər
İmdad istər, qisas istər…
Xocalıdan gələn səslər
Başımdadır, beynimdədir,
Xocalıdan gələn səslər
Içimdədir, məni didir,
Neçə ildir
Dincliyimi baltalayır,
Gəncliyimi baltalayır…
Bu səslərdən biri
Qarabağın nər balasl,
Xalqın xilaskar balası
Əlif Hacıyevin səsi:
-Möhkəm durum, dostlarım!
Xocalını bu bəladan qurtarın!
Bu olmuşdu son kəlməsi…
Xocalıda bu dünyaya göz açmışdı,
Xocalıda əbədiyyətə qovuşdu…
Hələ neçə il əvvəllər
İşləyərkən Xankəndidə
O, duymuşdu, ermənilər
Quduzlaşırlar yenidən.
O, bilirdi,
Min cür hiylə-fəsad ilə,
Ermənilər zaman-zaman
zəbt ediblər
bizim dogma torpaqları,
hay-küy ilə, fəryad ilə
obalarımın adları
ya “kert” olub, ya “yan”, ya “van”.
Məzlum-məzlum ağlayıblar,
Quduz-quduz dağlayıblar
Illər ilə qəlbimizi,
Bu dərs ayıltmayıb bizi.
Hər dəfə də unutmuşuq
1918-i,
1948-i.
Unutmuşuq, unutmuşuq
Ondan qabaq, ondan sonra
ən yaxın keçmişimizi.
Unutmuşuq, Allah! Allah!
Biz dul qalmış nənəmizi, anamızı,
Yetim qalmış babamızı, atamızı…
Xocalıdan gələn səslər
Gecə-gündüz məni səslər…
Biri Tofiq Hüseynovun,
Biri onun itkin düşmüş
Can yoldaşı Məxmərinin,
Biri şəhid Ziyadxanın,
Biri şəhid Etibarın,
Biri Araz Səlimovun,
Biri itkin Natiqindir.
Xocalıdan gələn səslər
Indi mənim yaddaşımdır,
Yoldaşımdır, ümidimdir.
Bu səslərlə yaşayıram
Neçə ildir…
Xocalıdan gələn səslər
Çırpır məni dağa-daşa
Hökm edərək
Döyür məni, deyir: Gərək
Olduğu tək
Törədilmiş faciələr,
Vəhşiliklər
Köçürülsün kağızlara,
Lentələrə, yaddaşlara.
Çatdırılsın
Yüz il sonra, min il sonra
Yaşayacaq nəsillərə.
Deyir: Gərək
Deməsinlər bizdən sonra
Sizlər elə, sizlər belə…
əfsus, ancaq,
deyəcəklər, soracaqlar:
-Hanı sizing qerətiniz,
Qürurunuz, qüdrətiniz?
Nə üçünmüş qaçhaqaçla
Xocalıda şəhər salmaq,
Fərqanədən, irəvandan gələnləri
Basa-basla ora yığmaq?
Burnu altda erməninin
Xalq toplamaq,
xal toplamaq.
Sonra atıb yetim təkin
Gendən baxmaq.
Nə üçünmüş?
Kim üçünmüş?
Əfsus, əfsus!
Soracaqlar bunu bizdən!
Necə indi biz soruruq
1828-dən,
1905-dən,
1915-dən,
1918-dən,
1948-dən,
88-dən, 90-dan,
Babamızdan,
Atamızdan, özümüzdən…
Soruruqmu biz görəsən?!
Onlar isə soracaqlar!
Soracaqlar!
Hökmən! Hökmən!
Xocalıdan gələn səslər
Yandıracaq məni hələ,
Aylar ilə, illər ilə…
…iş elə gətirib ki,
Zaman elə gəlib ki.
Saxlayıram yarıda
Görüləsi işləri,
Yazılası sözləri.
Düşürəm arxasınca
Məni didən səslərin.
Axıb qara axınla
Neçə il tamam, öncə,
Qara, Qanlı Yanvarın
Qurbanı şəhidlərin
Müqəddəs ruhlarını
Yad edən millətimlə
Xiyabana gəlirəm.
İlhamla Fərizənin
Qoşa uyuduqları
Məzarları önündən
Həyacanla keçirəm.
Bir yandan alışıram,
Bir yandan öyünürəm.
Gözlərim yaşla dolu,
Qəlbim odlu, alovlu
Baxıram, düşünürəm:
"Gələcək nəsillərin
Budur əfsanə dolu
Ən müqəddəs and yeri.
Burda and içmişdilər
Bu gün tarixə dönmüş
Xocalı şəhidləri.
Burda and içmişdilər
Sonra bura
Şəhid kimi dönənlərim,
Bu torpağa
Həyat verib ölənlərim,
Bu Vətənin
Hər kəndində, obasında,
Tunc heykələ dönənlərim,
Hələ bu gün
Yağı düşmən yuvasında
Əsirlikdə olanlarım,
Orda əzab çəkənlərim.
Neçə-neçə
Naməhrumum, namə'məlumum,
Yolu burdan başlamışdı
Xocalının..."
İlhamla Fərizənin
Abidəsi önündən
Keçəndə daş əriyir,
Adama qeyrət gəlir.
Qəhərdən boğulursan,
Baxırsan, düşünürsən:
"Hansı xalqın Leyli-Məcnun əfsanəsi
Həyat boyu yaşayır, təkrarlanır?
Hansı xalqın Nizamisi, Fizulisi
Əbədiyyət çırağı tək ürəklərdə nurlanır?
Hansı xalqın müqəddəslik, paklıq səsi
İlham ilə Fərizədən başlanır?… "
… Bu minvalla, bu xəyalla
Vidalaşıb Xiyabanla
Yolum üstə qan ağlayan
Boynu bükük qərənfillər,
Tələsirəm tək qalmağa
Dərdli-sərli dəftərimlə.
Tələsirəm-
Qanlı Yanvar gecəsindən
Qanlı Fevral gecəsinə,
Acı Bakı naləsindən
Xocalının naləsinə…
3.Xocalıya gedən yollar.
Xocalıya gedən yollar
Bağlanmışdı, nə zamandı.
Xocalının qara bəxti
Dağlanmışdı, nə zamandı.
Nə haraya gələn vardı,
Nə dərdini bilən vardı,
Bu ölkənin başçıları
Karlanmışdı, nə zamandı.
Xocalıya gedən yollar
Ləkə-ləkə, damar-damar,
Parlayırdı qan üstündə.
Ağlayırdı, sızlayırdı
Yazıq şəhər can üstündə.
Zarıyırdı, yaıcandı,
Xocalının damarları
Darlanmışdı, nə zamandı.
Bakı burdan öyünürdü,
Şuşu ordan öyünürdü,
Ağdam çaş-baş salınmışdı,
Nə eləsin, bilməyirdi.
Köməyəsə gələn yoxdu,
Bu ölkənin başçıları
Korlanmışdı, nə zamandı.
Xocalının çörəyi yox,
Köməyi yox,
Sursatı da tükənmişdi.
Təkcə onun iradəsi möhkəm idi,
Əsgərləri səngərlərdə dayanmışdı,
Alınmaz istehkam idi.
Zirehi bol, sursatı bol düşmən isə
Dayanmışdı çılpaq şəhərlə üz-üzə.
Artıq şəhər hiss edirdi-
Indi, o, son günlərini yaşayırdı.
Yazıq şəhər, ağlayırdı, sızlayırdı,
Yağı düşmən həmləsinə az qalırdı...

-ardı var-

Son xəbərlər

Astananın sərgi mərkəzində Azərbaycan pavilyonu açılıb

"Maliyyə icarəsi haqqında" qanun layihəsi plenar iclasa tövsiyə edilib - YENİLƏNİB

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Yağıntılar intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Sabahdan Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq

Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib

Xəzər dənizində zəlzələ olub

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan Kuboku: İkinci finalçı "Sabah" - "Qarabağ" oyununda müəyyənləşəcək

BİZİM TƏQVİM:Aprelin 22-də baş vermiş tarixi hadisələr

Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Pentaqon Çinə qarşı təxminən 12 milyard dollar ayırmağı planlaşdırır

Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı

SEPAH həmin ölkələri hədələdi

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb

Qorbaçov və Reyqanın görüşdüyü villa milyonlarla dollara satıldı (FOTO)

“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb

Sezon finalı tarixi açıqlandı

Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb

700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub

ABŞ-nin Vitse-prezidentinin Pakistana səfəri ləğv edilib

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

“Bu qədər futbolçunun haqqını yedi”

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930