Müasir dövrdə rəqəmsal mühit və sosial şəbəkələr əsas ünsiyyət vasitəsinə çevrilib. Lakin bu platformalarda Azərbaycan dilinin düzgün tətbiqi və istifadəsi ilə bağlı bəzi problemlər mövcuddur. Rəqəmsal mühitdə ana dilinin qorunması üçün hər kəs məsuliyyətli davranmalı, dilimizin inkişafına və zənginləşməsinə töhfə verməlidir. Rəqəmsal media həm də dilin canlılığını qoruyur.

Qloballaşma və rəqəmsallaşma şəraitində xarici təsirlər get-gedə artıb və normadan yayınmalar çoxalıb. Sosial media normativ pozuntuların sürətlə yayıldığı məkana çevrilib.

Bu fikirləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü bildirib. Onun sözlərinə görə, dil səhvlərinin norma kimi qəbul olunmasının qarşısını orfoqrafiya və orfoepiya normaları alır: “Orfoqrafiya və orfoepiya lüğətləri dil siyasətinin mühüm elementləri olaraq söz yaradıcılığına dəstək olur, yeni terminlərin və sözlərin qəbulunu, yazılışını nizama salır. Dildə gedən inkişafı bilmək üçün lüğətlərin yenilənməsinə daim ehtiyac var”.

Müsahibimiz qeyd edib ki, müasir dövrdə publisistik üslub digər funksional üslublardan fərqli olaraq daha operativ və çevikdir. Həmçinin üslubların qarşılıqlı əlaqəsi diqqət çəkir. Mediada alınma terminlərin və yeni ifadələrin qeyri-dəqiq işlənməsi funksional dəqiqliyi zəiflədir. Sosial şəbəkələrdə və bəzi media resurslarında orfoqrafiya və sintaktik normalara, durğu işarələrinin işlənməsinə riayət səviyyəsi o qədər də qənaətbəxş deyil. Bəzən də qrammatik səhvlərə yol verilir. Bu isə gələcək nəsillərin dil biliklərinin zəifləməsinə səbəb ola bilər.

“Televiziyada klassik efir dili ilə müasir efir dili arasında ciddi fərq müşahidə olunur. Sosial verilişlərin dilində məişət üslubuna xas olan leksik vahidlərin işlənməsi, fərdi üslub da müşahidə olunur. Bu kimi hallar dilin qloballaşmasının təzahürü olmaqla yanaşı, onun saflığı məsələsini də aktuallaşdırır.

Müasir dövrdə texniki, sosial ünsiyyət formaları aktivdir. Kommunikasiya prosesində fikri aydın və səlis ifadə etmək ünsiyyətin keyfiyyətini artırır. İnternet və yeni informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə dilin istifadə imkanlarının daha da genişləndirən sosial şəbəkələr, bloqlar, veb-saytlar dilə həm dinamiklik gətirir, həm də vətəndaş jurnalistikasını formalaşdırır”, - deyə alim bildirib.

T.Şükürlü hesab edir ki, rəqəmsal mühitdə jarqonların, abreviaturların işlənməsi üslubi funksionallığı zəiflədir. Müasir dövrdə qloballaşma və internetin inkişafı nəticəsində gənc nəsil arasında, televiziya proqramlarında məişət üslubunun publisistik üsluba təsiri müşahidə olunur. Buna səbəb sosial verilişlərin təsiridir.

Son xəbərlər

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31