Turaztv.az » Xəbərlər » Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşdi
Xəbərlər

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşdi

21.02.2026, 00:07 94
Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu, "Gəncə" və "Şəki" arasında keçirilən yarımfinal oyunundan sonra bəlli olub.

Bakı İdman Sarayında təşkil olunan matçda rəqibini 97:71 hesabı ilə məğlub edən Gəncə kollektivi adını finala yazdırıb.

Qərb təmsilçisinin həlledici raunddakı rəqibi "Ordu"nu 83:66 hesabı ilə üstələyən "Sabah" kollektivi olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı fevralın 22-də keçiriləcək. Bu görüş saat 17:00-da başlayacaq.

Oxşar xəbərlər