Xəbərlər
ŞƏHLA XƏLİLQIZI : Sözüm tükənib - FOTOLAR
Həyatda heç vaxt insan qarşısında söz deməyə könül almağa aciz olmamışam. Amma 44 günlük müharibə ərəfəsində və müharibədən ta bu günə kimi şəhid anasına verəcək təsəlli tapmıram. Yalnız vətən sağ olsun kəlməsindən savayı. O, dərdli baxışlar oğul arzuları göyərməyən ana qəlbini necə ovundurum? Bəy otağı muzeyə dönən gəlin cehiz yerinə fəxri fərmanlar, ordenlər, xatirə dolu şəkillər, əsgər forması var o, otaqda. Qəmli divarlar körpə səsi axtaran ocaqlar, yarımçıq ümüdlər dağılmış ocaqlar, ata yolu gözləyən dolğun baxışlar. Anaların dilində laylay balam sözündən, od-alovdan savayı nə qaldı?!
Odur ki, deyirəm sizə verəcək təsəllim yoxdur ay ana yenə də deyirəm vətən sağ olsun. Onların gücünə vətən azad oldu yoxsa bəlkə bizlərdə ayaq altı olmuşduq. Onların qeyrəti ruhu qarşısında baş əyirik əziz şəhid anaları. Hər zaman yeriniz ürəyimizin başındadır dərdiniz bizim də dərdimizdir. Cənnətin ta özü siz şəhid balalarının, cənnət bağının sahibləri siz analarsız.
Allah şəhidlərə rəhmət eyləsin.
Odur ki, deyirəm sizə verəcək təsəllim yoxdur ay ana yenə də deyirəm vətən sağ olsun. Onların gücünə vətən azad oldu yoxsa bəlkə bizlərdə ayaq altı olmuşduq. Onların qeyrəti ruhu qarşısında baş əyirik əziz şəhid anaları. Hər zaman yeriniz ürəyimizin başındadır dərdiniz bizim də dərdimizdir. Cənnətin ta özü siz şəhid balalarının, cənnət bağının sahibləri siz analarsız.
Allah şəhidlərə rəhmət eyləsin.
Sözüm tükənib.
Şəhid anasının qəmli üzünü,
Dil üstə naləsi oğul sözünü,
Övlad həsrətiylə dolan gözünü,
Təsəllim tükənib, dözüm tükənib,
Deməyə ay ana sözüm tükənib.
Nə deyim bilmirəm tutulub dilim,
Donubdur qarşında daş olub könlüm,
Yamanca dağ çəkmiş ayrılıq ölüm,
Qarşına çıxmağa dizim tükənib,
Deməyə ay ana sözüm tükənib.
Vətənçün tökülən son damla qanı,
Arzusu düyünlü o, şirin canı,
Ucaltdı vətəni Azərbaycanı,
Ocaqdan verəcək közüm tükənib,
Deməyə ay ana sözüm tükənib.
Bu ürək dağının acısı ötməz,
Dərd çəkən sinədən silinib getməz,
Ağlasan, sızlasan qəmin də bitməz,
İradən tükənib, əzim tükənib,
Deməyə ay ana sözüm tükənib.
Şəhlayam qurbanam analar sizə,
Şərikəm hər zaman mən dərdinizə,
Qürursuz vətənə ay ana bizə,
Üzünə baxmaga üzüm tükənib.
Deməyə ay ana sözüm tükənib,
Dil üstə naləsi oğul sözünü,
Övlad həsrətiylə dolan gözünü,
Təsəllim tükənib, dözüm tükənib,
Deməyə ay ana sözüm tükənib.
Nə deyim bilmirəm tutulub dilim,
Donubdur qarşında daş olub könlüm,
Yamanca dağ çəkmiş ayrılıq ölüm,
Qarşına çıxmağa dizim tükənib,
Deməyə ay ana sözüm tükənib.
Vətənçün tökülən son damla qanı,
Arzusu düyünlü o, şirin canı,
Ucaltdı vətəni Azərbaycanı,
Ocaqdan verəcək közüm tükənib,
Deməyə ay ana sözüm tükənib.
Bu ürək dağının acısı ötməz,
Dərd çəkən sinədən silinib getməz,
Ağlasan, sızlasan qəmin də bitməz,
İradən tükənib, əzim tükənib,
Deməyə ay ana sözüm tükənib.
Şəhlayam qurbanam analar sizə,
Şərikəm hər zaman mən dərdinizə,
Qürursuz vətənə ay ana bizə,
Üzünə baxmaga üzüm tükənib.
Deməyə ay ana sözüm tükənib,





























