
Xəbərlər
20.02.2026, 11:48
Əzizə Ağahüseynqızı : Ana torpaq necə güllər bitirib - FOTO
BƏNÖVŞƏ
Doğma yurdda yaz günündə görüşdük,
Nə solğundu ləçək barın, bənövşə?
Yüyürmüsən, düşmən səni qovubdu,
Sızlayırmı ayaqların, bənövşə?
Küskün halın ürəyimi dağlayır,
Qəriblərin yığıb dəstə bağlayır,
Sinəm üstə həzin nəğmə çağlayır,
Göynəyirəm narın - narın, bənövşə.
Bu halımdan kədərimi duyarsan,
Şəbnəminlə yanağımı yuyarsan,
Kövrələrsən, ürəyimi oyarsan,
Qan - yaş tökər rüzigarın, bənövşə.
Sürüləri dağılanda örüsə,
Sevdalılar enərdilər enişə,
Həsən gəldi, Vəli gəldi görüşə,
Sovuşacaq intizarın, bənövşə.
İtirmişəm səndən olan çətrimi,
Verməyirsən o əzəlki ətrini,
Aran yeri ögey tutdu xətrini?
Artıb yenə ahu-zarın bənövşə.
Ana torpaq necə güllər bitirib,
Bitdiyin yer Qurbanilər yetirib,
Neçə - neçə Əzizələr ötürüb,
Yaşayacaq düz ilqarın, bənövşə.
Nə solğundu ləçək barın, bənövşə?
Yüyürmüsən, düşmən səni qovubdu,
Sızlayırmı ayaqların, bənövşə?
Küskün halın ürəyimi dağlayır,
Qəriblərin yığıb dəstə bağlayır,
Sinəm üstə həzin nəğmə çağlayır,
Göynəyirəm narın - narın, bənövşə.
Bu halımdan kədərimi duyarsan,
Şəbnəminlə yanağımı yuyarsan,
Kövrələrsən, ürəyimi oyarsan,
Qan - yaş tökər rüzigarın, bənövşə.
Sürüləri dağılanda örüsə,
Sevdalılar enərdilər enişə,
Həsən gəldi, Vəli gəldi görüşə,
Sovuşacaq intizarın, bənövşə.
İtirmişəm səndən olan çətrimi,
Verməyirsən o əzəlki ətrini,
Aran yeri ögey tutdu xətrini?
Artıb yenə ahu-zarın bənövşə.
Ana torpaq necə güllər bitirib,
Bitdiyin yer Qurbanilər yetirib,
Neçə - neçə Əzizələr ötürüb,
Yaşayacaq düz ilqarın, bənövşə.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











