
Xəbərlər
10.01.2026, 23:55
Həsənxan məftundur eşq yağışına - FOTO
HƏSƏNXAN ƏSƏDOV
ALTDAN
Sevdim bu həyatı, sevdim gizlicə,
Süzdükcə boyunu qaşımın altdan.
Özüm də bilmədim oldu bax necə,
Cücərdi duyğular başımın altdan.
Həyatı sevdirən göz işığıdır
Ruhumun ünvanı söz işığıdır.
Məhəbbət dünyanın öz işığıdşr,
Boylanır yoluma yaşımın altdan.
Ürəyim söz ustə köklənən simdi,
Gözlərim göl oldu kirpiyim çimdi
Qayğılar gözümün nurunu əmdi,
Sazağı sızıbdır daşımın altdan.
Dəymədim birkəsin mən heç xətrinə,
Bənövşə duyğumun məstəm ətrinə,
Hopdu şeirimin, adı sətrinə,
Çıxara bilmədim huşumun altdan
Həsənxan məftundur eşq yağışına
Ürək işığına, söz işığına,
Gedirəm könlümün barışığına,
Yazımı ötürüb, qışıımın altdan.
Süzdükcə boyunu qaşımın altdan.
Özüm də bilmədim oldu bax necə,
Cücərdi duyğular başımın altdan.
Həyatı sevdirən göz işığıdır
Ruhumun ünvanı söz işığıdır.
Məhəbbət dünyanın öz işığıdşr,
Boylanır yoluma yaşımın altdan.
Ürəyim söz ustə köklənən simdi,
Gözlərim göl oldu kirpiyim çimdi
Qayğılar gözümün nurunu əmdi,
Sazağı sızıbdır daşımın altdan.
Dəymədim birkəsin mən heç xətrinə,
Bənövşə duyğumun məstəm ətrinə,
Hopdu şeirimin, adı sətrinə,
Çıxara bilmədim huşumun altdan
Həsənxan məftundur eşq yağışına
Ürək işığına, söz işığına,
Gedirəm könlümün barışığına,
Yazımı ötürüb, qışıımın altdan.
09.01.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









