
Xəbərlər
27.04.2019, 12:06
"Lyuk"un qapağı altdan qırılıbmış - FİA açıqladı

FİA Bakıda keçirilən Formula 1 yarışlarında ötən gün baş verən qəzanın səbəbini açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, ilk sərbəst yürüşün 15-ci dəqiqəsində Corc Rassel lyukun üzərindən keçərkən qəza yaşanıb.
Lyukun qapağı bolidin altına dəyib və şassi zədələnib.
FİA-nın açıqlamasına görə, lyukun qapağı içəri hissədən qırılıb və belə hal baş verib. Ondan sonra Bakıdakı bütün lyuklar yoxlanılıb və heç bir problem ortaya çıxmayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










