Turaztv.az » Xəbərlər » Zelenski: Ukraynada Rusiyanın zədələmədiyi bir dənə də olsun elektrik stansiyası qalmayıb
Xəbərlər

Zelenski: Ukraynada Rusiyanın zədələmədiyi bir dənə də olsun elektrik stansiyası qalmayıb

14.02.2026, 15:35 106
Zelenski: Ukraynada Rusiyanın zədələmədiyi bir dənə də olsun elektrik stansiyası qalmayıb

Ukraynada Rusiya zərbələri nəticəsində zədələnməmiş bir dənə də olsun elektrik stansiyası qalmayıb.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında bildirib.

"Artıq dörd uzun ildir ki, Rusiya çoxlu sayda ballistik raketdən istifadə edir və hücumlar həyata keçirir. Zərbələrin əksəriyyəti bizim elektrik stansiyalarımıza və digər kritik infrastruktura yönəlib. Ukraynada Rusiya zərbələri nəticəsində zədələnməmiş bir dənə də olsun elektrik stansiyası qalmayıb", - o deyib.

Oxşar xəbərlər