“Bu gün Milli Məclisdə maye halda buxarlanmadan qaynaqlanan elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsini qadağan edən qanun layihələrini müzakirə etdik”.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili bu gün Milli Məclisdə birgə müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliklərlə bağlı paylaşımında yazıb.

Onun sözlərinə görə, bu tip elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsinin qadağan olunması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər ictimai sağlamlıq baxımından əsaslandırılmış və vaxtında atılan addımdır:

“Artıq 40-dan çox ölkədə bu məhsullar qadağan edilib.

Birincisi, elektron siqaretlər xüsusən yeniyetmələr və gənclər arasında nikotin asılılığının genişlənməsinə şərait yaradır. Dadlandırıcılar, cazibədar dizayn və marketinq siqaretə “zərərsiz alternativ” kimi yanlış təsəvvür formalaşdırır, bunu əyləncə kimi təqdim edir və ilk istifadəyə giriş baryerini aşağı salır.

Bu isə uzunmüddətli perspektivdə həm tütün məhsullarına keçidi, həm də nikotin asılılığının dərinləşməsini artırır”.

Millət vəkili bildirib ki, məhsulların tərkibi və keyfiyyətinə nəzarət praktikada çətindir: bazarda standartlardan kənar, qeyri-qanuni və mənşəyi şübhəli məhsulların dövriyyəsi geniş yayılıb:

“Nəticədə risk yalnız nikotinlə məhdudlaşmır; insan sağlamlığı üçün mənfi nəticələr yaradan kimyəvi qarışıqların istifadəsi ehtimalı yüksəlir. Tərkibində müxtəlif kimyəvi maddələr olan buxarların insan orqanizminə, xüsusilə də tənəffüs yollarına verəcəyi ziyanlar dünyada artıq sübut edilib”.

O vurğulayıb ki, digər tərəfdən qadağa dövlətin iqtisadi və profilaktik səhiyyə siyasətinin məntiqi davamıdır: xəstəlik yarandıqdan sonra müalicə xərclərini artırmaqdansa, risk faktorlarını məhdudlaşdırmaq daha effektiv və daha ucuz yanaşmadır:

“Bu qərar təkcə fərdi sağlamlığı deyil, həm də ailələrin sosial rifahını və əmək məhsuldarlığını qorumağa xidmət edir.

Bu baxımdan, idxal–istehsal–satış–istifadə zəncirinin bütövlükdə qadağan olunması, xüsusilə gənclərin qorunması və uzunmüddətli səhiyyə yükünün azaldılması üçün məqsədyönlü, ictimai marağa uyğun qərardır. Bu həm də ölkədə insan kapitalının qorunmasına yönələn mühüm siyasətdir”.

Son xəbərlər

Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşüb

Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Vilayət Eyvazov DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirib

Azərbaycanda elektron siqaretlərin reklamı qadağan edilib

Cəbrayılda siqaret istehsal ediləcək

Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək

Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib

Ceyrançöldə laləlik - Təbiətsevərlər üçün cəlbedici mənzərə

Eminemin ilk albomu rekord qiymətə satıldı

"Çağlaya qəbiristanlıqda evlilik təklifi etdim" - Emre Altuğ (FOTO)

Bakıda 2 qadın pəncərədən yıxıldı, biri öldü

Yusuf Güney ev dustağı oldu

Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR

İnternetdə ən çox yayılmış şifrə - Hakerlər tərəfindən bir saniyədə sındırıla bilər

Azərbaycanda yeni universitet yaradıla bilər

“Astana" komandasının velosipedçisi: Qarşıda bizi iki ağır mərhələ gözləyir

Qəlbimizin hərarəti...

BİR AD GÜNÜ TƏBRİKİ... Mərziyə Sarvan - FOTOLAR

İran ətrafındakı münaqişənin başlanmasından bəri Azərbaycandan neft daşıyan tanker Yaponiyaya çatıb

Sahibə Qafarova: Son 23 il Azərbaycanın həyatına dinamik, hərtərəfli inkişaf dövrü kimi daxil olub

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb

Azərbaycan nefti cüzi bahalaşıb

Kəmaləddin Heydərov Lökbatanda yanğın baş verən əraziyə gəlib - YENİLƏNİB

Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Fransada terror aktı planlaşdırmaqda şübhəli bilinən tunisli həbs edilib

TƏRANƏ MƏFTUN : KEÇİR - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031