Böyük səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.


Hər dəfə olduğu kimi, bu səhərdə işə gedəndə, adət etdiyim kimi mobil telefonumu çıxarıb Facebookaya daxil olub, bəzi məlumatları gözdən keçirib yolumu qısaltmaq istədim. Elə Facebookaya keçən kimi dostluğunda olduğum, tanımadan, görmədən mənim üçün dəyərli biri olan gözəl şairimiz Qüdsiyyə xanım Qocayevanın, aşağıda diqqətinizə çatdırdığım bir qəzəli məni ruhən ovsunladı. Diqqətlə oxudum, yenidən dönüb, birdə oxudum. Hər beytdə nadanlıq üzündən dünyada baş verən ziddiyyətlər içində insanın dərd və ümidləri, eləcədə taleyin insan qismətində oynadığı rol, haqqın gecikmiş olsa da gələcəyə olan insan inamının sınmayan mənəviyyatını görüb, surətin götürüb öz səhifəmə qoydum.
Düşündüm işə çatıb,imkan tapıb boş vaxtımda bir də oxuyaram...

Qəzəl mövzu baxımından klassik Şərq poeziyasının fəlsəfi-irfani xəttinə əsaslanır. Əsərin əsas ideyası – dünyanın faniliyi, zamanın dəyişkənliyi, insanın dərd və sınaqlarla yetişməsi, haqqın gec də olsa zühur etməsi və arzulara çatmağın hökmən bir gün mümkün olacağı inancıdır.
Şair həm də həyatın ziddiyyətlərini – yaxşının dərd çəkməsini, nadanın qalib görünməsini, qüssənin hər yeri bürüməsini – taleyin əlifbası kimi qəbul edir və oxucuya dözümlü olmağı təlqin edir.

Şair bu qəzəlində klassik üsluba sadiq qalaraq müasir dövrün sosial-psixoloji ağrılarını ifadə edir. Həyatın acı həqiqətlərini göstərir, amma ümidsizliyə düşmür; dövrün gərdişinə qarşı mənəvi möhkəmlik, ümid, haqqın gec də olsa zühur edəcəyi inancını özündə saxlayır. Qəzəlin elə aparıcı xətti də budur;
Sınma,ey gül,nə qədər
kürreyi-dövran belədir,
İblisi hökm oxuyan
qüssəli hər yan belədir.

Şair burada “gül” deyə müraciət etdiyi varlığa — gözəl, saf, kövrək insana (bəzən də aşiqə) təsəlli verir.
Deyir ki, “sınma, üzülmə, çünki dünyanın qaydası belədir.” Dünya (kürreyi-dövran) həmişə gərginliklə, dərdlə, ədalətsizliklə dolu olub.
Heç sevinmə ki, bir gün dəyişəcək. Çünki, çox zaman dünyanın hökmünü iblis (pislik, zülm) verir — bu səbəbdən hər tərəf qüssə, kədər içindədir.
Şair, İblisin “hökm oxumasını" pisliyin güclü olduğu zamanları göstərir.
Demə aşiqlər ölüb, yoxdu səni
vəsf eləyən,
Zamanın gərdişi etmiş yenə qan,
qan, belədir.

Burada şair gileylənən birinə cavab verir:- Demə ki, aşiqlər tükənib, səni tərifləyən qalmayıb. Yox, dünya dövranı həmişə belə olub. Aşiq, mərd, saf insanlar incidilib, qurban verilib, haqsızlığa məruz qalıb.
“Zaman gərdiş etmiş yenə qan, qan, belədir” — zamanın çarxı yenə də qanla, zorla, zülmlə işləyir. Elə buna görə də, aşiqlərin yoxluğu dünyanın ədalətsizliyindəndir, onların dəyər görməməsindəndir. Bu da təbiidir — çünki dövran sərtdir.
Gözlə haqqı, gələcək bir gün,
iti yel kimidir,
Öpərək əllərini söyləyəcək: —
“can”, belədir.

Şair qəzəlin bu yerində, daha doğrusu bu beytində, - "Səbr et, Haqq gecikə bilər, amma bir gün hökmən gələcək. Üstəlik, çox sürətlə — “iti yel kimi”-deyərək, insanı ümüdləndirir və inandırır. Haqq gələndə, sənə dəyər verəcək, səni ucaldacaq,“can” deyə hörmətini bildirəcək.
Yəni, Allahın ədaləti gec olsa da, güclü və səmimi şəkildə təcəlli edəcək.
Hələ kim çatmayıb öz arzusuna
ölməz ikən,
Verəcək ixtiyarı hakimi-fərman,
belədir.

Gözəl şairimiz burada taleyin hikmətindən danışır.
Deyir ki, insan arzularına çatmadan ölməz — hər kəsə öz istəklərini reallaşdırmaq üçün bir imkan veriləcək. “Hakimi-fərman” — yəni Allah, taleyin sahibi — insanın qarşısına bir gün qapı açacaq, ona ixtiyar verəcək ki, arzusuna çatsın.
Bu, həm təsəlli, həm də irfani hikmətdir: heç bir arzu səbəbsiz deyil; hər arzu bir vaxt yetişəcək.
Səhəri sorğu ilə ömrü bitər hər
gecənin,
Yenə əvvəlki kimi, bax, güləcək
dan, belədir.
Şair bu beyt ilə həyatın ritmlərin əks etdirir.

“Hər gecə sonunda sorğu-sual edər, sabahını gözləyər” — yəni hər çətinlik, qaranlıq dövr insanı sınayır, içini sorğuya çəkir.
Amma nə qədər gecə qaranlıq olsa da, dan yeri yenə güləcək, yəni yenə sabah olacaq, yenə işıq, ümid gələcək. Yəni, - Heç bir qaranlıq əbədi deyil. Həyatın qanunu budur.
Bu keçən hər günümüz guya
sınaqdır dedilər,
Elə daim görürəm haqlını giryan,
belədir.

Şair bu beyti ilə insanlara həmişə deyilən, - “həyat sınaqdır, hər kəs öz payını alacaq”-kimi təsəlli verici ümüdin sonu, həyat gerçəkliyinə bənzəmədiyini görürük.
Bu həyatda həqiqətən çox görmüşük ki, - “Haqlı insanlar daim ağlayan, zülm çəkən olub.”
Buda, həyatın paradoksudur — doğrular çətinlik içində qalır, haqsızlar isə çox zaman daha rahat görünür. Bununla da şair, dövrün acı reallığını təsbit edir, hər hansı romantik idealizmdən uzaq durur.
Qüdsi, gördün yaşayıb yaxşısını,
həm pisini.
Sındıra bilmədi heç hər gədə,
nadan, belədir.

Sonda şair öz adına xitab edərək nəticə çıxarır:
“Qüdsi, sən həyatın yaxşısını da gördün, pisini"- də. Amma gör, heç bir nadan, heç bir gədə səni sındıra bilmədi. Bu, yalnız yaradıcılığından tanıdığım gözəl şairimizin özünütəsdiqi, həm də qürurlu biri olduğunun göstəricisidir.
O, bununla deyir ki, bütün nadanlığa, çətinliklərə baxmayaraq:—iradəm sınmadı, şəxsiyyətim əzilmədi.
Bu beyt qəzəlin mənəvi zirvəsi hesab olunur.
Bu kiçik yazı ilə, dəyərli ziyalımız, gözəl şairimiz Qüdsiyyə xanıma sınmayan mənəviyyat diləyib, ona gözəl yaradıcılıq uğurları arzulayıram.

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

"MÖCÜZƏLİ NAFTALAN"

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930