Xəbərlər
1.12.2025, 18:46
Qəzənfər Məsim oğluna. "Payız keçir evimizin yanından" şeirinə nəzirə - FOTO
Keçir keçsin, qalanlara dəyməsin,
Qəlbi bahar olanlara dəyməsin.
Verin mənə, onun sarı düyməsin-
Eşq yaradım keçib gedən anından,
Payız keçir evinizin yanından?
Gələ gələ neçə bəndlər adlayıb,
Neçə bağbağatın barın dadlayıb.
Sarı simlə könülləri odlayıb-
Mən Payızı tanıyıram qınından,
Payız keçir evinizin yanından?
Allah bilir, neçə ürək dağlayıb,
Neçə qəlbə həsrət, nisgil bağlayıb.
Mən Xəliləm, darayıb, budarlayıb
Ev tikərəm onun altun donundan,
Payız keçir evinizin yanından?
Qəlbi bahar olanlara dəyməsin.
Verin mənə, onun sarı düyməsin-
Eşq yaradım keçib gedən anından,
Payız keçir evinizin yanından?
Gələ gələ neçə bəndlər adlayıb,
Neçə bağbağatın barın dadlayıb.
Sarı simlə könülləri odlayıb-
Mən Payızı tanıyıram qınından,
Payız keçir evinizin yanından?
Allah bilir, neçə ürək dağlayıb,
Neçə qəlbə həsrət, nisgil bağlayıb.
Mən Xəliləm, darayıb, budarlayıb
Ev tikərəm onun altun donundan,
Payız keçir evinizin yanından?
X.Mirzə, 01.12.25.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













