Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə 6 noyabr 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində Azərbaycan-Türkiyə gənclərinin “Zəfərin 5 ili” forumu baş tutub.

Turaztv.az xəbər verir Forumun əsas məqsədi Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri gənclər arasında təbliğ etmək, qalibiyyət və qürur hissini bir daha yaşatmaq, Zəfərimizin bütövlükdə türk dünyası üçün siyasi və mənəvi əhəmiyyətini hər iki ölkə gənclərinin diqqətinə çatdırmaq, eyni zamanda Azərbaycan və Türkiyə gəncləri arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirərək iki ölkə arasında strateji əməkdaşlığı gənclər müstəvisində daha da dərinləşdirməkdən ibarət olub.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Açılış nitqləri ilə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və TÜGVA-nın sədri İbrahim Beşinci tarixi Zəfərin təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürurlandığı məqam olduğunu qeyd ediblər. Onlar işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı prosesində gənclərin fəallığı, təşəbbüskarlığı və qardaşlıq ruhunun mühüm rol oynadığını, Azərbaycan və Türkiyə gəncləri arasında formalaşmış sarsılmaz dostluq və strateji tərəfdaşlıq münasibətlərinin Qarabağda həyata keçirilən layihələrə mühüm töhfə verdiyini və gənclərin birgə fəaliyyətinin yalnız bölgənin dirçəlişinə deyil, həm də iki ölkə arasında birlik və həmrəyliyin daha da güclənməsinə xidmət etdiyini vurğulayıblar.
Daha sonra Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Qəzənfər Ağayev və Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyevin çıxışları dinlənilib. Onlar Azərbaycan suverenliyinin bərpası uğrundakı döyüş ruhundan, Zəfərimizin mahiyyətinin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs ediblər.
Forumun zəngin proqramı qardaşlıq, həmrəylik və zəfər ruhunu ifadə edən musiqili çıxışlarla davam edib. İstedadlı gənc xanəndə Yusif Cəfərbəylinin ifaları iki qardaş ölkənin ortaq mədəni dəyərlərini və mənəvi birliyini nümayiş etdirib. Vətən müharibəsindəki qələbəyə həsr olunmuş videoçarxlar isə forum iştirakçılarında dərin emosional təəssürat yaradıb. Videoçarxlarda Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın mübarizə əzmi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri öz əksini tapıb
.
Forum xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.










Son xəbərlər

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930