Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə canlarından keçən qəhrəman oğullarımızdan biri də şəhid Əzizli Elnur Şahin oğludur. O, Vətən torpaqlarının azadlığı uğrunda aparılan döyüş əməliyyatlarına qatılmış, igidliyi və fədakarlığı ilə seçilmişdir.

AZƏRTAC qəhrəman şəhidin həyatına qısa nəzər salır.

Elnur Əzizli 2000-ci il sentyabrın 25-də Biləsuvar şəhərində anadan olub. Uşaqlıq illərindən cəsarətli, təmkinli və mərd insan kimi tanınan Elnur hər zaman Vətəninə, xalqına və dövlətinə sədaqətli olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Elnur tərəddüd etmədən döyüşlərə qatılıb. O, ön xətdə, düşmənlə üz-üzə döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərib.

Elnurun anası Rübabə Əzizova içində deyir ki, oğlu uşaqlıqdan mehriban, səmimi və mərd uşaq olub. Elə buna görə də o, hər kəsin sevimlisinə çevrilib.

“Elnur mənim canım idi... Hər səhər evdən çıxanda məni qucaqlayardı, alnımdan öpüb “ana, səni çox sevirəm” deyərdi. Səsi qulağımdan getmir. Zəng edib deyirdi ki, narahat olmayın, müharibə bitən kimi qayıdacağam. O qayıtdı – amma başqa cür, bayrağa bürünmüş halda, qəhrəman kimi... Mənim digər oğlum da Vətən müharibəsi iştirakçısıdır. Onun 11 aylıq bir oğlu var və o balaca şəhid əmisinin adını daşıyır. Hər dəfə nəvəmə baxanda sanki Elnuru görürəm... Hər gecə onun otağında otururam, elə bilirəm ki, indicə içəri girəcək, gülümsəyəcək, “ana, mən gəldim” deyəcək... Oğlumun qoxusu hələ də otağındadır. Onun əşyalarına toxunmağa belə ürək etmirəm. Amma bir tərəfdən də fəxr edirəm – mən şəhid anasıyam. Mənim oğlum bu torpaq üçün canından keçib. O, təkcə mənim deyil, bütün Azərbaycanın oğludur. Allah bütün şəhid analarına səbir versin...”, - deyə şəhid anası əlavə edir.


Elnurun atası Şahin Əzizov da oğlunun qəhrəmanlığından qürur duyduğunu bildirir. Şəhid atası deyir ki, Elnur uşaqlıqdan mərd və çox məsuliyyətli olub.

“Mən hər zaman deyirdim ki, bu uşaqda xüsusi bir nur var. O, heç vaxt heç nədən qorxmazdı. Vətən sevgisi sanki onun qanında idi. Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib. O, şəhid olanda sanki bədənimdən canım çıxdı. Amma sonra düşündüm – oğlum elə bir zirvəyə yüksəlib ki, artıq o ölməyib. O, bu torpağın hər daşında, havasında, suyunda yaşayır. Mən bu gün oğlumla fəxr edirəm, qürur duyuram”, - deyə şəhid atası bildirib.

Füzuli, Xocavənd və Şuşa istiqamətlərində aparılan döyüş əməliyyatlarında iştirak edən Elnur öz igidliyi, cəsarəti və əqidəsi ilə silahdaşlarının hörmətini qazanıb. O, ən çətin döyüşlərdə qorxmadan irəli atılaraq Vətən torpağının hər qarışı uğrunda mərdliklə vuruşub.

Şuşa uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Elnur Əzizli 2020-ci il noyabrın 12-də Biləsuvar şəhərində torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Əzizli Elnur Şahin oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.



Son xəbərlər

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Həsənxan Əsədov : QALIB

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31