BAKININ QARADAĞ RAYONUNUN ƏLƏT QƏSƏBƏSİNDƏ ŞƏHİDİN DOĞUM GÜNÜ QEYD EDİLİB.
BAKININ QARADAĞ RAYONUNUN ƏLƏT QƏSƏBƏSİNDƏ ŞƏHİDİN DOĞUM GÜNÜ QEYD EDİLİB.

29 avqust 2022-ci ildə Şəhid İbrahimov Elnur Dönməz oğlunun döğum günü münasibətlə biz -YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Həsrət Almasov, YAP Qaradağ rayon təşkilatının aparat işçiləri, bir qrup şəhid ailələrinin üzvləri, müharibə veteranları ilə birlikdə Ələt qəsəbəsindəki şəhidin adına salınmış parkda tədbir keçirdik.
Dövlət himni səsləndirildikdən və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızı bir dəqiqəlik sükutla yad etdikdən sonra çıxış üçün söz alan millət vəkili Aydın Hüseynov 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizin əhəmiyyətindən, bu uğurun qazanılmasında Ali Baş Komandan cənab İlham Əliyevin rolundan və şəhidlərimizin qəhrəmanlığından bəhs etdi.

Sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev II Qarabağ Vətən Müharibəsində şəhid olan Elnur İbrahimovun keçdiyi döyüş və qəhrəmanlıq yolundan, onun xidmətlərindən danışaraq valideynlərinə və yaxınlarına baş sağlığı verdi.
Tədbirdə Ələt Bələdiyyəsinin sədri Azad Musayev, Ələt qəsəbə Ağsaqqalar Şurasının sədri Qurbanqulu Rəhimov, qəsəbə ağsaqqalı Vahid Vahidov, şəhid Kamal Mirzəyevin atası Əjdər Mirzəyev, 14 saylı Peşə Məktəbinin müəllimi Elxan Lətifov, Qarabağ müharibəsi veteranları – Pərvin Əliyev, Nail Bayramov, Rəfael Abbasov, Rəhim Gərayev, Şahin Hüseynov çıxış edərək şəhid Elnur İbrahimov barədə xatirələrini paylaşdılar. Tədbirin sonunda 127 saylı məktəbin müəlliməsi Mələk Yasinova və həmin məktəbin şagirdləri şeir kompazisiyası təqdim etdilər. Yekunda şəhidin valideynləri: atası Dönməz İbrahimov və anası Ruhəngiz İbrahimova tədbirin təşkilinə, göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdilər.
Qeyd edək ki, Elnur İbrahimov 1998-ci il avqustun 29-da Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elnur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur İbrahimov oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub. Hacıqabul rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elnur İbrahimov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!

Qafar ƏLİYEV
BAKININ QARADAĞ RAYONUNUN ƏLƏT QƏSƏBƏSİNDƏ ŞƏHİDİN DOĞUM GÜNÜ QEYD EDİLİB.
BAKININ QARADAĞ RAYONUNUN ƏLƏT QƏSƏBƏSİNDƏ ŞƏHİDİN DOĞUM GÜNÜ QEYD EDİLİB.
BAKININ QARADAĞ RAYONUNUN ƏLƏT QƏSƏBƏSİNDƏ ŞƏHİDİN DOĞUM GÜNÜ QEYD EDİLİB.

Son xəbərlər

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31