"Deyirlər, pul əl çirkidir. Bunu deyənin başı işləmir. Necə əl çirkidir? Pul cəsarət verir, cəsarətləndirir. Pulsuzluq qüssə verir. Sevgilini özgələrə yar edir. Atanın, ananın gözündən düşməyə vasitədir. Etmək istədiklərinin hamısı pulladır. Əsas odur onun qulu olmayasan. Pul ancaq nəfsinə xidmət edəcəksə, səni ölümə aparacaq".

Demokrat.az xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Həftənin qonağı" proqramında deyib. Müğənni yığdığı kolleksiyadan danışıb:

"Rəssamlığı sevmişəm, amma musiqini seçdim. Evdə oturub cızma-qara etmişəm. Evimdə çoxlu əsərlər var. Azərbaycanda indi rəssamlar döymə əsərlər edir. Mənim evimdə isə 40 ildir döymə əsərlər var. 250-300 il yaşı olan antiq əşyalarım var. Hara getmişəm oradan almışam. Dostlarım hədiyyə göndərib".

A.Ağayev var-dövlətindən, şadlıq evindən söz açıb. O bildirib ki, şadlıq evi indi mərasim zalı kimi fəaliyyət göstərir:

"Qızımı ora-bura müalicəyə aparırdım. Məcbur idim, işin başında deyildim. Arendaya verdim. 15 il icarəyə verdim. Bir gün icarə verən adam dedi mərasim zalı olsun? Dedim, pulunu ödəyirsən, nə istəyirsən et. Obyektlərim var. Öz-özünə yaranıb. Şirkət açmışdım, "Ağadadaş MMC". O qədər pulum olub ki, xərcləməyə yerim yox idi. Sovetin dövründə çox pulum var idi. Altında nə qədər pulun var, heç nə ala bilməzsən. Yoxlayırdılar. Bahalı mağazaya girirdim. Halbuki heç kimi ora buraxmırdılar. Brend almağa meyilli idim. Polislər girirdi içəri ki, haradan qazanmısınız pulları? Bakıda o qədər ev almışdım. Hətta bir binanın bir blokunu bütöv almışdım. Ən əsası evində qızıl saxlamalısan. Amma hər başın dara girəndə gedib bir külçə qızılı götürüb satmamalısan".(Axşam.az)

Son xəbərlər

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031