Xəbərlər
2.10.2025, 09:00
Mənimçün bircə gün yas tutmaz əsla - FOTO
Hikmət Məlikzadə,
şair-publisist
şair-publisist
Köhnə radiodan təzə səs gəlir,
Kimdi? Kopoyoğlu necə oxuyur!
...Eşqdən yarımayıb limandakı qız,
Dərdini sulara gecə oxuyur...
Eşq baha satılan biletdi yoxsa?!
Ara soyudumu, cırıb atırlar.
Eh, necə pak idi uşaq yaddaşım,
İçində nə varsa, qırıb atırlar.
...Qarşımda yıxılan qoca adama,
Bir damcı su ilə dərman verən yox...
Qələm də ağacdı, bar verir tez-tez,
Xəstə bağban üçün fərman verən yox...
Mən lal köç adamı, sən isə atlı,
Nifrət ləkəsi var daşında, nədən?
Sən, ta bir cavab ver, sevdiyim qadın, -
Nədən ağ örpək yox başında, nədən?
Dua yazdırdığım kağızda nə var?
Təsbehdi, ələmdi, pas tutmaz əsla.
...İndi tam əminəm, ölsəm, bu qadın,
Mənimçün bircə gün yas tutmaz əsla.
Kimdi? Kopoyoğlu necə oxuyur!
...Eşqdən yarımayıb limandakı qız,
Dərdini sulara gecə oxuyur...
Eşq baha satılan biletdi yoxsa?!
Ara soyudumu, cırıb atırlar.
Eh, necə pak idi uşaq yaddaşım,
İçində nə varsa, qırıb atırlar.
...Qarşımda yıxılan qoca adama,
Bir damcı su ilə dərman verən yox...
Qələm də ağacdı, bar verir tez-tez,
Xəstə bağban üçün fərman verən yox...
Mən lal köç adamı, sən isə atlı,
Nifrət ləkəsi var daşında, nədən?
Sən, ta bir cavab ver, sevdiyim qadın, -
Nədən ağ örpək yox başında, nədən?
Dua yazdırdığım kağızda nə var?
Təsbehdi, ələmdi, pas tutmaz əsla.
...İndi tam əminəm, ölsəm, bu qadın,
Mənimçün bircə gün yas tutmaz əsla.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











