Rüfət Lətif oğlu Hüseynzadə
Professor

Hörmətli və əziz dostumuz, həmkarımız Çingiz müəllimi bu qələbələr günündə, Zəfər günləri ərəfəsində doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, işlərində uğurlar arzulayıram.

Çingiz müəllim çox dəyərli yoldaş, səmimi dost, xeyirxah həmkar, mehriban insan, səriştəli, peşəkar müəllimdir. Onun dosta , yoldaşa qarşı münasibəti daim səmimiyyət, xoşluq, yaxşılıq, xeyirxahlıq üzərində qurulmuşdur. Qəlbində insanalara daim yüksək sevgi və məhəbbət, istək hissləri vardır. O daim hamiya xeyirxahlıq etmək , yardım etmək, kömək etmək istəyindədir, kiminsə işində yararlı olmaq Çingiz müəllimin özünə də çox xoşdur. Onun bu xeyirxahlığı, xoş niyyətliliyi “güclü insan” obrazını yaratmışdır. İnsanın xoş niyyətli, xeyirxah olması onun şəxsiyyətini formalaşfırır, özünü, taleyini qazandırmış olur və həyatda hər zaman güclü, qalib etmiş olur. Güclü insan – xeyirxah insandır- deyə bilərik.

Çingiz müəllimin mülayim xarakteri, sakit təbiəti, mehriban, humanist davranışı ətrafındakı insanlar, kollektiv arasında böyük sevgi və hörmətlə qarşılanır. Onunla söhbət, ünsiyyət və münasibətdə olmaq insanda xoş təəssürat, pozitiv aura, rahatlıq yaradır.
Çingiz müəllim çalışdığı ADPU -nun Şamaxı filialında tələbə-gənclər və müəllim kollektivi arasında böyük hörmət və nüfuza malikdır. O tələbələrin sevimlisi, müəllim və tərbiyəçisi, böyük yoldaşı və təcürbəli dostudur. Çingiz müəllimin daim öyrədir, yeniyetmə, tələbə və gənclərə dəyərli məsləhət və tövsiyələrini verir, onları vətənpərvərlik,milli-mənəvi dəyərlərimiz, mənəvi mədəniyyət, vətənsaşlıq ruhunda yetişdirir.

Çingiz müəllim xalqımızın vətən müharibəsində qalibiyyəti, işğal olunmuş torpaqlarımızın azad edilməsi, düşmən üzərində qəti qələbəmiz, möhtəşəm uğurlarımız fəaliyyətimizin ilham mənbəyi, gücü və qüvvəti olduğunu yetişən nəslə dərk etdirir.
Bu tarixi Zəfər, misli görünməmiş qalibiyyət, gənclərimizin vətənpərvərlik nümunələri, ölüm-dirim savaşında fədakarlıqları, vətən tariximizə yazdıqları qəhrəmanlıq dastanları" daim yetişən nəslimizə nümunə göstərilir.

Vətən müharibəsində igidləimiz daim irəli atıldılar, sıldırımlar aşdılar, canlarını vətən yolunda fəda etdilər, geri dönmədilər. Burada şair Nihal Atsızın misraları yada düşür:
Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün.
Ölməzliyi düşünmək boşuna bir əməkdir
Qəhrəmanlıq; saldırıb bir daha geri dönməməkdir.

Çingiz müəllimin söhbətləri daim vətən, vətənpərvərlik, qəhrəmanlarımız, qazilərimiz, şəhidlərimiz haqqındadır. Düşmən üzərində bu tarixi qələbəmizdə möhtərəm Prezidentimiz İlham Əliyevin həm daxili, həm xarici siyasəti təqdir olunur, onun "Dəmir yumruq" əməliyyatının uğurları, qalibiyyət nailiyyətləri tələbə - gənclərə nümunə göstərilir.
Çingiz müəllimi bu xoş gündə, qalibiyyət günlərində doğum gününü bir daha təbrik edir ona daim uğurlu günlər, uğurlu nailiyyətlər arzulayırıq.



Son xəbərlər

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930