2015, payız.

Hər zaman daranmış ağ saçlarının səliqəsi,
şux geyimi ilə diqqət çəkən atam bu dəfə palçıqlı əyin-başla məni səsləyir…


Bağda sevə-sevə hər zaman gördüyü işlərdə ona kömək lazımdır və mən uşaq həvəsi ilə ərköyüncəsinə yanına qaçıb ona qoşulmaqdan xoşbəxt oluram.

Heç bitməyəcək suallarımın da ardı-arası kəsilmir.

İçimdə xoşbəxtlik yaradan “muncuğum” xitabı ilə bütün suallarıma təmkinlə cavab verir. Evin sonuncu - ən kiçik qızısansa, mütləq sənə müraciət üçün xüsusi xitab seçilir. Mənimki də “muncuğum” idi…

İşləri ilə bağlı tez-tez ölkə xaricinə gedən atam üçün evinə gəldikdə bağ işləri ilə məşğul olmaq istirahət, dincəlmək idi.

Bu işləri görərkən də hər dəfə etdiyi fərqli şeylərlə məni heyrətləndirməyi bacarırdı. Yenə də bacarmışdı.

Çünki uşaqlıqda tort hazırladığım palçıqla toyuqlarımız üçün hin düzəltdi.

Saman və palçıqdan səbirlə tikdiyi bu böyük hin üçün 10 gün vaxtını sərf etdi. Ondan yadigar olaraq hələ də həyətimizdədir. Onu düzəltdiyində gözlərimdə olan sevinc partılısını indi baxdığım zaman kədərli xatirələr əvəzləyir…

Atamla aramızda qurulan ünsiyyət o qədər səmimi və rahat idi ki, onun yanında həmişə gülmək, zarafat etmək, hətta ən cəsarətli sözləri söyləməkdən çəkinməzdim. Elə anam buna görə də, “sən də atan kimi dominantsan” sözünü tez-tez işlədirdi.

Məhz bu xoş ünsiyyətə görə ona toyuqlar üçün düzəltdiyi “komfortlu”, “lüks” hin haqqında maraqlı zarafatlar edə bilirdim. Sən demə o zaman hər sözümüz sanki bir xatirəyə çevrilirmiş…

Atam Azərbaycanda olduğu zamanlarda bağdakı fəaliyyətləri bitib-tükənmirdi. Bu dəfə çardaq düzəltmək niyyəti var idi. Hələ mənimlə yaşıd olan kivi ağacının budaqlarının çardağa dolanmasını məqsəd kimi qarşısına qoydu. Sözügedən taxta tikilinin təməlini qoysa da, “inşasını” 2016-cı ildə bitirdi.

Aprel döyüşləri ərəfəsi olduğu dəqiq xatirimdədir…

Yaşadığımız Tərtər rayonu cəbhə bölgəsi olduğu üçün müharibə həmişə bir addımlığımızda olub.

Belə hallarda bölgəmizdə bütün kişilərin ilk gördüyü iş qadın və uşaqları oradan çıxarmaq idi.

Biz də adəti üzrə Tərtərə heç də uzaq olmayan qonşu rayona üz tutduq. 5 gündən az davam edən döyüşlərdən sonra evə döndüyümüzdə atamın yarımçıq qoyduğu həmin işi tamamladığının şahidi oldum.

Bağımız sanki cənnətə çevrilmişdi. Üzərində üzüm, sarmaşıq və incə budaqları olan kivi ağacı bu tikilinin üzərinə dolanmışdı. Biz buna çardaq deyirdik…

Bu olanların üzərindən təxminən 10 il ötür. 6 ildir nə Atam, var, nə də o çardaq…

O illərdən geriyə qalan palçıqdan düzəldilən hindir.

2025-in payız yağışının səsi ilə yadıma düşən bu xatirələr hər payız gözümün önündən lent kimi keçir.

Mənim üçün ilin ən gözəl fəsli atamın səsini, həmin hinin tikildiyi günləri xatırladır.

Payızın hələ gəlməmişdən öncəki mehini hiss etmək, uşaqlıqdan indiyədək olan bütün xatirələrimin bu sevimli fəsildə fraqment kimi canlanması deməkdir.

Atamın səhərlər yemək hazırlayarkən yaratdığı səs-küy, televizorda xəbərləri yüksək səslə izləməsi, o vaxtlar sadəcə şirin yuxumu pozmaq kimi görünürdü.

İndi isə o günləri çıraqla gəzirəm…

Yuxudan oyanıram. İllərdir onun səsini eşitmədiyimi indi dərk edirəm…
Şairin də dediyi kimi:
“Bir səhər yuxudan durub,
Özünü uşaq görəsən.
Görəsən, hamı evdədir,
Ölənləri sağ görəsən….”

Fidan Etibar


Son xəbərlər

Lənkəranın 2 kəndində qaz olmayacaq

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb

Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Kanye Uest konserti üçün stadion tikəcək

Yelkən idmanı üzrə “Prezident Kuboku 2026” başa çatdı - Fotolar

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü - FOTO

“Zirə”dən çətin qələbə

Makron Ermənistana səfər etdi

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Nəsrin Cavadzadənin toyudur

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031